Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

QİÇS-dən vəfat edən insanlarin anım gününə həsr olunan tədbirlər davam edir

QİÇS-dən vəfat etmiş insanların Ümumdünya Anım günü ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzi Bakının "Metropark”,  "Park Bulvar” və "28 mall” ticarət mərkəzlərində könüllü müayinə və məsləhət məntəqəsi təşkil edib.

Tədbirdə 10-15 dəqiqə ərzində pulsuz və anonim qaydada İİV/QİÇS-lə bağlı testdən keçmək, insanın immun çatışmazlığı virusuna yoluxma yolları, profilaktik tədbirlər barədə ətraflı məlumat almaq imkanı yaradılıb. Ticarət mərkəzlərində paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına İİV/QİÇS barədə buklet, broşur, qoruyucular paylanılıb. "AİDS-lə bağlı ekspress-testdən keç və təhlükəsiz yaşa” şüarı altında keçirilən tədbirdə yüzlərlə insan İİV-lə bağlı müayinədən keçib.  

Qeyd edək ki, QİÇS-dən vəfat edən insanların Anım  günü ilk dəfə 1983-cü ildə ABŞ-ın San-Fransisko şəhərində olub. Dünyada 30 mln insan QİÇS-dən dünyasını dəyişib. Dünyada hər gün QİÇS-dən 5500 insan vəfat edir.