Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Azərbaycanda "Avropa İİV-ə testləşmə həftəsi-2017" keçiriləcək

                                                                                                                                                       

Bu ilin noyabrın 17-24 Azərbaycanda "Avropa İİV-ə testləşmə həftəsi-2017” keçiriləcək.

Bu il  "Avropa İİV-ə testləşmə həftəsinə 55 ölkədən 546 dövlət və ictimai təşkilat qatılıb. Hər il olduğu kimi, 2017-ci ildə Respublika QİÇS-lə Mübarizə Mərkəzi  "Avropa İİV-ə testləşmə həftəsi çərçivəsində geniş marifləndirici və profilaktik tədbirlər planıhazırlayab. İİV-və müayinə və məsləhət aksiyaların keçirilməsi ali təhsil müəsisələrində, ticarət mərkəzlərində, avtovağzallarda və digər obyektlərədə keçirilməsi nəzərdə tutulub.

 Bu aksiyalarda 10-15 dəqiqə ərzində pulsuz və anonim qaydada İİV/QİÇS-lə bağlı testdən keçmək, insanın immun çatışmazlığı virusuna yoluxma yolları, profilaktik tədbirlər barədə ətraflı məlumat almaq imkanı yaradılacaq. Ticarət mərkəzlərində paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına İİV/QİÇS barədə buklet, broşur, qoruyucular paylanacaq.