Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Azərbaycanda "Avropa İİV-ə testləşmə həftəsi-2017" start götürdü

 Noyabrın 17-də Azərbaycanda "Avropa İİV-ə testləşmə həftəsi-2017” başlayıb. Bu il  "Avropa İİV-ə testləşmə həftəsinə” 55 ölkədən 900 dövlət və ictimai təşkilat qatılıb. Respublika QİÇS-lə Mübarizə Mərkəzi  bu ildə də "Avropa İİV-ə testləşmə həftəsi”çərçivəsində geniş marifləndirici və profilaktik tədbirlərin keçirilməsini planlaşdırıb. Artıg Park Bulvar AVM-də İİV-ə test aksiyası uğurla baş tutub. Noyabrın 18-də  müayinə və məsləhət məntəgəsi Metropark Ticarət mərkəzində, 19-da Bakı avtovağzalında, digər günlərədə Bakı Musigi Akademiyasında, Dövlət Neft və Sənəye Universitetində və başqa ali təhsil müəsisələrində yaradılacaq.  Bu aksiyalarda 15 dəqiqə ərzində pulsuz və anonim qaydada İİV/QİÇS-lə bağlı testdən keçmək, insanın immun çatışmazlığı virusuna yoluxma yolları, profilaktik tədbirlər barədə ətraflı məlumat almaq imkanı olacaq. Tədbirdə paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına İİV/QİÇS barədə buklet, broşur və qoruyucular paylanacaq.

RQMM əhalini  aksiyalarda iştirak etməyə və IIV statusunu bilməyə dəvət edir!