Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

QİÇS-dən vəfat etmiş insanların Anım günü geyd olunub

Bu ilin may ayının 20-də ənənəvi olaraq QİÇS-dən vəfat etmiş insanların Ümumdünya Anım günü geyd olunub.  Bununla əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzi gənclər,  miqrantlar və digər əhali qrupları arasında maarifləndirici  tədbirlər keçirib.

Bu tədbirlərin məqsədi insan sağlamlığına fövqəladə təhlükə kəsb edən İnsanın İmmunçatışmazlığı Virusunun Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin İİV/QİÇS, sağlam və təhlükəsiz yaşam barədə biliklərin artırılmasıdır.

Tədbirlər  2018-ci ilin mayının 18-dən 25-nə kimi Park Bulvar AVM-də, DNSU-da, Bakı Musugi Akademiyasında, 28 Mall AVM-də və digər müəsisələrdə keçirilib. Aksiya zamanı bu müəsisələrdə  QİÇS-lə bağlı könüllü müayinə və məsləhət məntəqəsi təşkil olunub. 

Bu məntəqədə hər bir şəxs anonim və pulsuz ekspres-testdən keçmək, İİV-in yoluxma yolları, profilaktik tədbirlər barədə ətraflı məlumat ala bilib.

Aksiya iştirakçılarına İİV/QİÇS barədə buklet, broşur, qoruyucular paylanılıb.