Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Azərbaycanda "Avropa İİV-ə testləşmə həftəsi – 2018 başlayıb

Azərbaycanda "Avropa İİV-ə testləşmə həftəsi – 2018” başlayıb

Respublika QİÇS-lə Mübarizə Mərkəzi "Avropa İİV-ə testləşmə həftəsi – 2018” kampaniyası çərçivəsində müayinə və maarifləndirmə tədbirlərinə start verib.Noyabrın 23-dən 30-dək davam edəcək kampaniya çərçivəsində Bakı, Sumqayıt və ölkənin digər şəhərlərində ali məktəblərdə, avtovağzallarda, ticarət mərkəzlərində insanın immunçatışmazlığı virusuna (İİV) ödənişsiz və könüllü şəkildə testləşmə aksiyası başlanıb. "Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Sumqayıt və digər şəhərlərin universitetlərində və Bakı Beynəlxalq Avtovağzalında vətəndaşların müayinəsi aparılıb. Aksiyanı  "Metropark” ticarət-əyləncə mərkəzində keçirilməsi nəzərdə tutulub”.

Aksiyanın gedişində mərkəzin mütəxəssisləri İİV-infeksiya yoluxma yolları və ondan qorunması barədə iştirakçılara ətraflı məlumat verib, sağlam və təhlükəsiz həyat tərzinin əhəmiyyətini barədə ətraflı məlumat veriblər. Tədbirlərdə yüzlərlə insan könüllü olaraq İİV-infeksiyası ekspres-test usulu ilə müayinədən keçib. Bununla bağlı "Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində sakinlərə broşürlər, bukletlər,qoruyucular  paylanılıb. Vətəndaşların pulsuz və anonim qaydada ekspress-testdən keçərək 10-15 dəqiqə ərzində İİV-ə yoluxub yoluxmadığını müəyyən edilməsi üçün bütün şərait yaradılıb.