Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

1 dekabr "Ümumdünya QİÇS-lə mübarizə günü



1 dekabr – Ümumdünya İİV-lə mübarizə günü, carı ildə öz 30-illik yubileyinə təsadüf edir. Bu illər ərzində İİV-infeksiya xəstəliyinə yanaşma, onu öyrədikcə keçməkeşli yollar keçmiş və xeyli dəyişmişdir. Əgər ilk vaxtlarda bu xəstəliyə XX əsrin təunu, bədheybəti deyilirdisə, hazırda ona xroniki ömürlük dərman qəbulu tələb edən və bu halda praktik sağlamlığa nail olmaq imkanı əldə edilən xəstəlik kimi yanaşır. Bu səbəbdən də bir çox Avropa və Amerika ölkələrində İİV-infeksiyaya yoluxucu, lakin yayılması tənzimlənməyə imkan verən xəstəlik kimi yanaşılır və müalicə ambulator-poliklinika şəbəkəsi və adi infeksion stasionar şəraitində aparılır.

Hazırda Azərbaycanın daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionu İİV-infeksiyanın yayım sürəti nöqtəyi-nəzərətindən müvəffəyiyyətsiz hesab edilsədə, bu istiqamətdə ölkəmiz xeyli uğurlar qazanmışdır. Biz İİV-infeksiyanın yayım sürəti və ümumiyyətlə onun əhali arasında yayılma göstəriciləri üzrə son yerləri tuturuq, İnfeksiya ölkəmizdə çərçivələnmiş, təmərküzləşmiş, yəni əhalinin İİV-ə yoluxmaya yüksək risk təşkil edən qrupları (inyeksion narkotik istifadəçiləri seks biznesə cəlb olunan qadınlar və kişilərlə cinsi əlaqələrə yol verən kişilər) arasında yayılmışdır.

Azərbaycan ŞAMA regionunda ilk dövlətlərdən biridir ki, son illər ərzində İİV-li hamilə müşahidədə olduqda, infeksiyanın anadan uşağa ötürülmə yolunun qarşısı kəsilmişdir.

Respublika Səhiyyə Nazirliyinin daimi ciddi nəzarəti və qayğısı nəticəsində İİV-lə yaşayanlar mütamadi olaraq, keyfiyyəti "brend” antiretrovirus preparatları ilə təmin olunurlar. İV-lə mübarizə sistemi keçən bu 30 il ərzində iki kiçik diaqnostik laboratoriyadan geniş saxələnmiş tibbi xidmət sisteminə çevrilmişdir. Bu gün Dövlət Səhiyyə Nazirliyi sistemində İİV-lə mübarizə sahəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Fondun tərkibində olan 10 regional laboratoriya, mütəxəssislərlə təmin edilmiş 12 mobil könüllü müayinə və məsləhətləşmə məntəqəsi, yerli səhiyyə müəssisələri nəzdində 50 stasionar könüllü müayinə və məsləhət məntəqələri, 6-regional antiretrovirus terapiya mərkəzləri və bir sıra laborator İİV-diaqnostika sahələri ilə təmsil olunur. Bundan başqa dövlət səhiyyə İİV-lə mübarizə sistemi qarşılıqlı sıx əməkdaşlıq şəraitində digər tibbi sahələr (ftiziatriya, narkologiya, hematologiya, dermatoveneralogiya, mamalıq və ginekologiya) Nazirlik və idarələr (Ədliyyə, Daxili işlər, Müdafiə, Təhsil, Gənclər və İdman nazirlikləri, Miqrasiya Xidməti və s.) beynəlxalq təşkilatlar və bir sıra özəl tibb müəssisələri və qeyri-hökümət təşkilatları ilə iş aparır. Bu müştərək fəaliyyət sahəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetini yanında İİV-infeksiyası üzrə Ölkə Əlaqələndirmə Komissiyası tərəfindən rəhbərlik olunur.

Ölkəmiz layiqincə beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə iştirak edir, əldə etdiyi nailiyyətlərlə onların dövri mətbuatı və elmi məcmuələrində məqalələri ilə çıxış edir, qonşu ölkələrlə müştərək tədqiqatlar aparır və əsas hesab etdiyi  tibbi kadr hazırlığı istiqamətində onların bilik və bacarığının yüksək səviyyədə saxlanılması üçün bütün vasitələrdən istifadə edirş görülən işlərin obyektiv təzahürü kimi qeyd etmək olar ki, hazırda 30 ilə yaxın qeydiyyatda olan İİV-li şəxslər, onlara göstərilən müalicə, dəstək və qulluq nəticəsində sağlam həyat tərzi sürərək cəmiyyətimizin xidmətində dururlar.


Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov