Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Balakən və Qaxda İİV/QİÇS-lə bağlı görüş

Respublika QIÇS-lə Mübarizə Mərkəzi "1dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü” ilə bağlı Balakən və Qax rayonlarında müayinə və maarifləndirmə yönümlü tədbirlər keçirib.

Balakəndə Nəsimi adına orta məktəbin akt zalında və Qax rayon Heydər Əliyev Mərkəzində yerli icra hakiməiyyətinin dəstəyi ilə rayon ictimayyətilə görüş təşkil olunub. RQMM-in mütəxəsisləri İİV-infeksiyasına yoluxma yolları və ondan qorunması, sağlam və təhlükəsiz həyat tərzinin əhəmiyyəti barədə  ətraflı məlumat veriblər. Tədbir iştirakçılarının əksəriyyəti oradaca təşkil olunmuş səyyar konüllü müayinə və məsləhət məntəqəsində pulsuz və anonim qaydada İİV-ə testdən keçiblər. Akisyda İİV/QİÇS haqqında  videoçarx numayış olunub, bukletlər, broşurlar, plakatlar  paylanılıb.