Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

"Sıfır ayrı seçkilik" Günü ilə bağlı aksiya keçirilib

BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramı (UNAİDS) Insanın immunçatışmazlığı virusuna (IIV-ə) yoluxmuş insanların ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması məqsədi ilə 2019-cı ildə martın 1-i "Sıfır ayrı seçkilik” Günü elan edib.
İlk dəfə UNAİDS-in vəkili, Nobel mükafatı laureatı Do Aun San Su Ci tərəfindən 2013-cü ilin martın 1-ni "Sıfır ayrı seçkilik” günü kimi qeyd etməyi təklif edib və bu təklif UNAİDS tərəfindən rəsmi dəstəklənib.
Azərbaycan qanunvericiliyi İİV-ə yoluxmuş insanların hüquq və azadlıqlarını yüksək səviyyədə müdafiə edir. Lakin, heç bir cəmiyyət məişət səviyyəsində ayrı-ayrı diskriminasiya hallarından sığortalanmayıb. Əhali arasında İİV/QİÇS barədə dolğun və dəqiq məlumatın olmaması, bəzi hallarda İİV-ə yoluxmuş insanlara qarşı diskriminasiya hallarının baş verməsinə yol açır. 
Bununla əlaqədar, martın 1-də Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) tərəfindən "Sıfır ayrı seçkilik” Günü ilə əlaqədar Metropark TM-də maarifləndirmə aksiyası keçirilib.

Aksiya zamanı RQMM-nin əməkdaşları İİV-lə yoluxma yolları və bu virusdan müdafiə haqqında ətraflı məlumat veriblər, əhaliyə broşur, bukletlər və qoruyucular paylanılıb. İİV-ə könüllü müayinədən keçmək istəyən insanlara pulsuz ekspress test üsulu ilə müayinə olması üçün şərait yaradılıb. Aksiyada 260-dan çox insan könüllü pulsuz  İİV-ə ekspress test müayinısindən keçib.