Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

RQMM jurnalistlər üçün təlimlərə başlayıb

Respublika QIÇS-lə Mübarizə Mərkəzi QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə "KİV-lərin QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizədə rolu” mövzusunda martın 26-da və 27-də  təlim keçirib. Təlimdə kütləvi informasiya vasitələrin QİÇS problemini müasir standartlarla işıqlandırması, bu istiqamətdə İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanın aradan qaldırılmasına verəcək töhfə barədə ətraflı söhbət açılıb. Görüşdə RQMM mütəxəssislərin, media-trenerin təqdimatı, video çarxların nümayişi və İİV-lə yaşayan insanla söhbət nəzərdə tutulub. Seminarda Bakı, Lənkəran, Masallı, Astara, Сəlilalabadan jurnalistlər iştirak edib. 

Təlimlər digər bölgələrin KİV nümayəndələri üçündə keçiriləcək.