Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Park Bulvarda və avtovağzalda "İİV-ə testdən keç" aksiyası

Respublika QİÇS-lə Mübarizə Mərkəzi  İnsanın immun çatışmazlığı virusu (İİV) ilə yaşayan insanlara tolerant münasibət gününü qeyd edib.  

Əhali arasında İİV/QİÇS barədə dolğun  və dəqiq məlumatın olmaması bəzi hallarda İİV-ə yoluxmuş insanlara qarşı diskriminasiya hallarının baş verməsinə yol açır.

Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Park Bulvarda və Bakı Beynalxalq Avtovağzalında maarifləndirmə yönümlü tədbirlər keçirib.

Bir neçə saat davam edən aksiyalarda hər bir insana İİV/QİÇS barədə RQMM-in mütəxəsislərindən ətraflı məlumat almaq imkanı yaradılıb, İİV barədə broşur, bukletlər, qoruyucular  paylanılıb və İİV-ə könüllü, pulsuz müayinələr aparılıb.