Uzun illərdir
mediada İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmuş şəxslərə qarşı heç
bir əsası olmayan neqativ yanaşma, ayrı-seçkilik, hətta nifrət doğuracaq ifadələrə,
fikirlərə, bəzən açıq-aşkar uydurmalara rast gəlmək olur.
- Media məhsulu Azərbaycan və ya rus dilində
ola bilər;
- Müsabiqəyə 2019-il sentyabrın 25-dən noyabrın 1-nə qədər qəzet, jurnal və xəbər saytlarında dərc olunmuş, tele-efirdə getmiş reportaj, veriliş və jurnalist araşdırmaları təqdim olunmalıdır. Materialların linkləri elektron ünvana: office@aids.az "Müsabiqə üçün” geyd olunaraq göndərilməlidir;
-Müsabiqəyə təqdim edilmiş materialların qiymətləndirilməsini RQMM tərəfindən təşkil olunmuş və mütəxəssislərdən, QHT nümayəndələrindən və tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti həyata keçirəcək. Müsabiqənin nəticələri 5 noyabr 2019-ci il tarixində elan ediləcək;
-Müsabiqənin nəticələri əsasında 1-ci yeri tutan iştirakçı -300 manat, 2-ci yeri tutan– 200 manat və 3-cü yeri tutan-100 manat pul mükafatı ilə təltif olunacaq.
RQMM jurnalistləri müsabiqədə iştirak etməyə dəvət edir və uğurlar arzulayır.