Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Bakı küçələrində İİV/QİÇS-lə bağlı sorğu

Respublika QİÇS-lə Mübarizə Mərkəzi əhalinin İnsanın İmmun çatışmazlığı virusu (İİV) barədə biliklərinin öyrənilməsi məqsədi ilə Bakı küçələrində sorğu keçirib.

Sorğuda İİV-in yoluxma və ondan müdafiə yolları, müalicə, İİV-lə yaşayan inşalara qarşı stiqma və diskriminasiya barədə suallar verilib.  

Sorğu iştirakçılarına İİV haqqında broşur, buklet, maykalar və s. paylanılıb.