Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Tibb işçiləri üçün təhlükəsizlik qaydalarına dair təlimlər keçirilir

İnsanın İmmunçatışmazlığı virus (İİV) infeksiyası ilə mübarizə sahəsində tibbi prosedur və manipulyasiyaların aparılmasında təhlükəsizlik qaydalarına riayət olunması böyük əhəmiyyət kəsb edir. Bununla bağlı, İİV-infeksiya hallarının səhiyyə müəssisələrində baş vermə ehtimalının qarşısının alınması məqsədilə, tibb işçilərinin bilik və təcrübələrinin yüksək səviyyədə saxlanılması üçün müntəzəm surətdə təlim tədbirləri keçirilir.

Səhiyyə Nazirliyi ilə razılaşdırma əsasında, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, 14 oktyabr tarixindən başlayaraq, Bakı şəhəri və regionlarda İİV-in yayılmasının qarşısının alınması sahəsində tibbi təhlükəsizlik qaydalarının mənimsənilməsi mövzusunda silsilə tədbirlər aylığı keçirir. Təlimlərin bütün inzibati ərazilərdə plan üzrə keçirilməsi hazırda davam etdirilməkdədir.