Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Park Bulvar və Metroparkda İİV-ə testləşmə

Park Buvar və Metropark Ticarət və əyləncə mərkəzlərində "Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı aksiyalar keçirilib.

Aksiyalarda hər bir şəxs üçün anonim, könüllü və pulsuz İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb, bu infeksiyaya yoluxma yolları, profilaktik tədbirlər barədə ətraflı məlumat verilib. Bununla yanaşı aksiyalarda İİV/QİÇS haqqında broşurlar, bukletlər, plakatlar və qoruyucular paylanılıb.