Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

30 il Sağlamlığınızın Keşiyində









 Respublika QİÇS-lə Mubarizə Mərkəzinin 30 illik fəaliyyəti ilə bağlı 1 dekabr  Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş tədbirdə RQMM-nin rəhbəri Esmira Alməmmədova öz çıxışında demişdir: 

Bildiyiniz kimi, 1988-ci ildən başlayaraq, BMT-nin Baş Assambleyası və ÜST-ün qərarına əsasən, hər il  1 dekabr  Ümumdünya QİÇS-lə Mübarizə  günü kimi qeyd edilir.

Bu tarix dünya içtimayyətinin diqqətini qlobal pandemiyaya çevrilmiş İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur. Bu gün, bizim üçün dövlət və özəl, Qeyri hökümət sektorundan olan tərəfdaşlarımıza, KİV-lərə epidemiyanın vəziyyəti və onun qarşısı alınması haqqda məlumat yaymaq, İİV-in profilaktikası, İİV-lə yaşayan insanlara mərhəmət, qayğı və dəstəyi, İİV-in müalicəsində əldə edilən tərəqqini təşviq etmək üçün real imkan yaranır.

(BMT-nin agentlikləri, müxtəlif xeyriyyə fondları loqotip kimi istifadə edilən qırmızı lent –Red Ribbon, QİÇS-ə qarşı mübarizəyə sadıqlıyımizin vı QİÇS-siz gələcəyin ümid rəmzidir).

Bundan əlavə, qeyd etmək istərdim ki, bu günkü tədbirimiz bizim üçün olduqca əlamətdardır: artıq SN-nin RQMM təsis olunduğu gündən 30 il keçir. Bu müddət ərzində, 1987 və 1988-ci illərdə yaranmış iki İİV-diaqnostika laboratoriyası, hazırda çoxsahəli, ölkənin bir çox inzibatı ərazilərində bölmələri ilə təmsil olunan böyük tibb müəssisəsinə çevrilmişdir. Bu xidmətin ayrılmaz bir hissəsi olan, Naxçıvan MR QİÇS-lə Mübarizə Mərkəzinin fəaliyyətini qeyd etmək vacibdir.

Ötən  30 il ərzində müəssisəmiz genişlənməklə yanaşı, onun xidmət səviyyəsi də Köklü dəyişmiş və yüksəlmişdir. Biz artıq yüksək peşəkarlığa malik tibb işçiləri kollektivi yaratmışıq, Mərkəz  zəngin maddi-texniki bazaya malikdir. Təşkilatımız, həmişə bizə dayaq olan, göstərdiyimiz xidmətin təkmilləşdirilməsində hər bir təşəbbüsümüzə dəstək verən Respublika Səhiyyə Nazirliyinə minnətdarlığını bildirir.

Bugünkü toplantımızın çərçivəsini nəzərə alaraq, bildirmək istərdim ki, dövlət müəssisə, təşkilat və idarələrlə yanaşı, İİV-lə mübarizədə bir sıra yerli qeyri-hökumət və beynəlxalq təşkilatlar da yaxından iştirak edirlər. Mən xüsusilə uzun illər bizimlə çiyin-çiyinə ölkəmizdə fəaliyyət göstərən Qlobal Fondu, ÜST-ün yerli ofisini və ÖƏK -i qeyd etmək istərdim. Bu təşkilatlar ardıcıllıqla göstərdiyi maddi və texniki dəstəyə görə böyük rəğbət qazanmışlar. BMT-nin digər agentlikləri: QİÇS üzrə xüsusi Proqramı –UNAİDS, UNİCEF və UNODC  uzun illər ölkəmizdə fəaliyyət göstərmişlər. Qeyd etdiyim bütün təşkilatların köməyi və dəstəyi ilə kollektivimiz xeyli uğur və nailiyyətlər eldə etmişdir. Təkcə onu bildirmək istərdim ki, biz, İİV-in 3 yoluxma yolunun birini, yəni anadan uşaqa ötürülmənin qarşısını ala bilmişık. İİV-ə yoluxmuşları aşkar edən kimi, dərhal müalicəyə cəlb etmək imkanına malik olmuşuq və ən əsası, İİV-in yayılma prosesini təmərküzləşmə mərhələsində dayandıra bilmişik. Bizim işimiz barədə əyanı məlumat sizə əməkdaşımız tərəfindən təqdim olunacaq.

Çıxışımın sonunda bir dəyərli nailiyyətimizdən də xəbər vermək istərdim. Bu da Mərkəzin media nümayəndələrilə qarşılıqlı işgüzar əlaqələrin yaradılması və onların İİV problemləri üzrə əsaslı məlumata sahib olmasıdır.