Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

KİV-lər üçün müsabiqənin qalibləri mükafanlandırıb

Respublika QİÇS-lə Mübarizə Mərkəzi əhalinin İnsanın İmmunçatışmazlığı Virusu barədə biliklərinin artırılması məqsədilə "IIV/QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizə və İİV-ə müayinənin təbliği” adlı media müsabiqəsi elan edilmişdir. Müsabiqənin məqsədi cəmiyyətdə İİV-lə yaşayan insanlara qarşı mövcud olan stiqmanın aradan qaldırılması, sağlam həyat tərzinin mühüm şərti olan İİV-ə testindən keçməyin hər bir insan üçün vacib olmasını aşılamaq idi. Eyni zamanda, müsabiqənin keçirilməsi İİV probleminin kütləvi informasiya vasitələrində işiqlandırılmasına yanaşmada müspət dəyişiliklərə nail olmaq idi. Müsabiqəyə sentyabrın 25-dən noyabrın 1-nə qədər vaxt ayrılmışdı.

Media materialları RQMM-in, Qlobal Fondun, ÜST-in, Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin və Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının nümayəndələrindən təşkil olunmuş münsiflər heyyəti tərəfindən  qiymətləndirilmişdi. Müsabiqəyə 6 yazı və bir video reportaj təqdim olunmuşdu. Materialların müsabiqə kriteriyalarına uyğunluğu əsas şərt olaraq eyni zamanda problemin işıqlandırılmasına yanaşma, oxucuya necə təqdim olunması da vacib şərtlərdən idi. Beləliklə müqabiqənin qalibi Yeni Musavat qazetinin jurnalisti Xalidə Gəray( QİÇS xəstəsi öz yaxınları üçün təhlükədirmi, ən çox nələrə diqqət etməli?) oldu. İkinci yerə oxu.az saytının jurnalisti İlhamə Əbülfətin "QİÇS xəstəsi: "Dörd dil bilirəm, türkmən qızla cinsi əlaqədə oldum, dostlarım məndən üz çevirdi" reportajı və üçüncü yerə hafta.az saytından jurnalist Tural Turan "Başıma gələnlərdən maarifləndirici kitab yazmaq istəyirəm" - İİV daşıyıcısının həyat dramı" adlı yazısı layiq görüldü.

Digər müsabiqə iştirakçılarına həvəsləndirici mükafatlar təqdim olundu.