Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Bakıda "Sıfır ayrı seçkilik" günü keçirilib

Bakının Park Bulvar ticarət mərkəzində Respublika QİÇS-lə Mübarizə Mərkəzi beynəlxalq "Sıfır ayrı seçkilik” günü ilə bağlı aksiya keçirilib.

BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramı (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə mart ayının birinci günü ənənəvi olaraq İİV-lə yaşayan insanlara qarşı tolerantlıq və sıfır ayrıseçkilik günü kimi dünya ölkələrində qeyd edilir. Azərbaycanda İnsanın İmmun çatışmazlığı virusu barədə məlumatın təhrif edilmiş vəziyyətdə yayılması İİV-ə yoluxmuş insanlara qarşı diskriminasiya hallarının baş verməsinə səbəb olur. Qadın və qızlara qarşı damğalanma gözdənsalma münasibətlərinin tam aradan qaldırılması –UNAİDS-in 2020-ci il üçün diskriminasiya ilə beynəlxalq mübarizə gününün şüarıdır. Cəmiyyətimizin hər bir üzvünə hörmətlə yanaşma, onun bəyaqətinin alçaldılmadan, hüquqlarının pozulmalardan, dünya görüşünü başqaların çərçivələrinə sığmadığına görə pislənilmədən qorunması və buna ictimaiyyətin diqqətinin cəlb olunması məqsədilə 2014-cü ildən başlayaraq hər il 1 mart tarixi – Beynəlxalq diskriminasiya ilə mübarizə kimi (Zero Discrimination Day), qeyd olunur. Diskriminasiya – yəni gözdənsalma məqsədilə damğalanma, münasibətlərdə ümumi ölçülərə uyğun gəlmədiyi üçün, ayrı-seçkilik münasibətinin bəslənilməsi, cəmiyyətdən təcrid olunma üçün səylərin göstərilməsi və bu münasibətə başqalarına çağırış edilməsi kimi addımlar, hər bir şəxsin şüurunun azad inkişafı, şəxsiyyət olması yolunda çətin keçilən səddə çevrilir.

Cari 2020-ci ilin 1 mart tarixi, gündəlik həyatımızda çoxsaylı diskriminasiyanın qadın və qızlara qarşı yönəldilməsi mübarizəyə həsr edilir. Qeyd edilməlidir ki, söhbət bütün qadınlardan gedir, o cümlədən İİV-lə yaşayan, seks-biznes sahəsilə məşğul olan və transgender qadınlardan.

Azərbaycanda bu məsələlərə qanunvericiliklə münasibət olduqca loyaldır. Qəbul edilmiş dövlət normativ sənədləri qadın və qızların ictimai həyatda bərabər fəaliyyətinin müdafiəsində durur. Qadınların hüquqlarının mühafizəsi istiqamətində tibbi yardımla təminat, zorakılıqdan müdafiə, erkən yaşlarda kəbinkəsilmə, iqtisadi müstəqilliyə dəstək, seks-biznes fəaliyyətin dekriminallaşdırılması mülkiyyət və varislik hüquqlarına yiyələnmə kimi, demikrativ aktlar ölkə qanunvericiliyində möhkəm yer tutmuş və inkişaf etdirilməkdədir. Lakin, təəsüflə qeyd olunmalıdır ki, məişət səviyyəsində diskriminasiya hələ də güclüdür və ona hətta inkişaf etmiş demokratik ölkələrdə axıradək nəzarət etmək mümkün olmaz. Bu səbəbdən, yeni olan "1 mart” tarixini təsis edənlər, İİV-ə yoluxmuşların tibbi yardımla təminat problemlərinə deyil, onların cəmiyyətdə vahimə, yaratmaqları, onlara ədalətsiz olaraq çimçəşən münasibətin bəslənilməsinin aradan qaldırılmasına cəmiyyətin diqqətini cəlb etmək məqsədini güdürdülər. Bu istiqamətdə müsbət nəticələrin tezliklə əldə olunmasına ümid bəsləmək sadəlövhlük olardı. BMT və onun İİV-lə mübarizə üzrə UNAİDS təşkilatı ictimai həyatın bütün sahələrində diskriminasiyanın təzahürlərilə barışmaz mübarizə aparılmasına ölkələri çağırır. Diskriminasiya problemləri, o cümlədən İİV-ə yoluxmuş xəstələrlə qarşı ayrı seçkilik hallarına diqqətin cəlb olunması məqsədilə tədbirlər dünya ölkələrində keçirilir. Öz növbəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzi stiqma və diskreminasiyaya qarşı il boyu ölkənin ayrı-ayrı bölgələrində, dövlət və özəl sektor müəssisələrində maarifləndirmə yönümlü tədbirlər keçirir. İİV-lə yaşayan insanlara qarşı ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı RQMM jurnalistlər üçün treniglər və seminarlar keçirib. Aparılan marifləndirmə işiləri çərçivəsində əhalinin İnsanın İmmunçatışmazlığı Virusu barədə biliklərinin artırılması məqsədilə "IIV/QİÇS-lə bağlı, stiqma və diskriminasiyaya qarşı mübarizə və İİV-ə test müayinəsinin təbliği” adlı media müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi cəmiyyətdə İİV-lə yaşayan insanlara qarşı mövcud olan stiqmanın aradan qaldırılması, sağlam həyat tərzinin mühüm şərti olan İİV-ə test müayinəsindən keçməyin hər bir insan üçün vacib olmasını aşılamaq olub. Eyni zamanda, müsabiqə, İİV probleminin mediada işiqlandırılmasına yanaşmada dəyişikliyə nail olmaq məqsədi güdüb.