Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

RQMM-nin COVİD-19 bağlı müraciəti

Respublika QIÇS-lə Mübarizə Mərkəzinin İİV-lə yaşayan insanların COVİD19 virusuna yoluxmasının qarşısının alınması məqsədi ilə müraciəti.

 Koronavirusun simptomları və yoluxmamaq üçün bunları bilmək vacibdir:

Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin xəstəxanaya aparılmasına ehtiyac yarana bilər.

Bu simptomların sizdə olması sizin koronavirusa tutulduğunuz anlamına gəlmir. Çünki, soyuqdəymə və qripin də simptomları belədir.

Xəstəliyin kəskin halları sətəlcəmə, ağır kəskin tənəffüs sindromu, çoxsaylı orqan çatışmazlığı və hətta ölümə də səbəb ola bilər.

İmmuniteti zəif olan insanlar ( İİV-lə yaşayan insanlar, yaşlılar və ya əvvəllər astma, diabet, ürək xəstəlikləri olmuş insanlar) xəstəliyi daha ağır keçirə bilər.

İnfeksiyaya yoluxmaq və simptomların özünü göstərməsi arasındakı zaman - inkubasiya dövrü 14 gün çəkə bilər.

Lakin bəzi araşdırmaçılar bu dövrün 24 günədək davam edə biləcəyini qeyd edir.

COVİD-19 –dən qorunmaq üçün nə etmək lazımdır?

Əlləri mütəmadi olaraq yaxşıca yumaq virusa yoluxmamaq yolunda ilk addımdır.

Koronavirusun insandan-insana necə yayılması hələ aydın deyil. Lakin oxşar viruslar hava-damcı yolu ilə keçir. Odur ki, asqırma və öskürmə zamanı ağız-burunu dəsmalla tutmaq, əlləri yumadan üzə-gözə vurmamaq və xəstə insanlarla yaxın əlaqədə olmamaq önəmlidir.

COVİD-19 a yoluxduğunuza şübhə edirsizsə nə etməlisiz?

Özündə yuxarı tənəffüz yollarının  xəstəlikləri əlamətləri hiss edən şəxslər təcili yardıma müraciət etməlidirlər.

Koronavirusa görə yoxlanmaq istəyənlərə "ən yaxın klinika" yox, təcili yardım xidmət göstərir. Bunun üçün 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng etmək lazımdır.

Hazırda xəstəliyin geniş yayıldığı bölgələrdən gələnlər və ya onlarla təmasda olanlar, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olanlar analiz verməlidir.

Azərbaycanda koronavirus analizi üçün hara müraciət etməli? 5 suala cavabda

COVİD-19 nə qədər təhükəlidir?

ÜST-ün verdiyi məlumata əsasən simptomlar mülayim olur.

Daha dəqiq, yoluxanların 80% simptomlar yüngül, 14% kəskin, 6% isə kritik olub. Xəstəlikdən ölənlər 1-2% təşkil edib, lakin bu məlumatlar dəqiq deyil.

Virusa qarşı vaksin yoxdur, buna görə də onu dayandırmağın yeganə yolu erkən diaqnoz və xəstələrin təcrid olunmuş vəziyyətdə müalicəsidir.

Sağlamlığınız hər şeydən vacibdir!

 

RQMM-nin müdiriyyəti