Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

RQMM İİV-lə yaşan insanlar üçün dərmanları özü regionlara çatdırdı

Respublika QİÇS-lə Mübarizə Mərkəzi ölkədə COVİD-19 bağlı tətbiq olunan şəhər və rayonlar arası hərəkətin məhdüdlaşdırılması nəzərə alaraq İnsanın İmmun Çatışmazlığı infeksiyasının müalicində istifadə olunan ARV-dərmanları regionlara   çatdırdı.

Regionlarda ARV-terapiya alan insanlar RQMM-nin bu ünvanlarda yerləşən regional mərkəzlərinə və laboratoriyalara müraciət edə bilərlər:

ARV-terapiya mərkəzləri:

Şirvan Mərkəzi Rayon Xəstəxanası, Şirvan rayonu, Hliyev prospekti, 16;

Quba Mərkəzi Rayon Xəstəxanası Quba rayonu, Fətəlixan küç, 12,

Lənkəran Mərkəzi Rayon Xəstəxanası, Lənkəran rayonu, Nizami küç., 67;

Gəncə Yoluxucu Xəstəliklər Xəstəxanası, Gəncə şəhəri, M.Xələfov küç., 8;

Şəki Mərkəzi Rayon Xəstəxanası, Şəki rayonu, M.Rəsulzadə prospektı, 164.

RQMM-nin regional laboratoriyaları:

Mingəçevir şəhəri, ŞMX, 20 Yanvar küç.12.

Salyan şəhəri, RMX, Kürqaraqaşlı kəndi.

Yevlax şəhəri, Ailə Sağlamlıq Mərkəzi, Səməd Vurğun küç.20

Şamaxı şəhəri RMX, Qədirli küç.61

Bu məntəgələrin ətraf rayonlarında İİV-lə yaşayan insanlar dərman preparatlarını almaq üçün yuxarıda göstərilən ünvanlara maraciət edə bilərlər.