Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

17 may QİÇS-dən dünyasını dəyişmiş insanların Ümumdünya Xatirə Gününüdür

Respublika QİÇS- MübarİzƏ MƏrkƏzİnİn

QİÇS-dən dünyasını dəyişmiş insanların

Ümumdünya Xatirə  günü ilə əlaqədar

 

PRESS-RELİZİ

 

Hər il may ayının ücüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü kimi qeyd edilir. Xatirə günü QİÇS-dən vəfat edənlərin  yad olunması, insanları  QİÇS-ə yoluxma təhlükəsi haqqında düşünmələri, onların irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, QİÇS-dən sığortalanmadığlarını dərk etmələrinə çağırır. Eyni zamanda bu tədbir cəmiyyətin diqqətini, İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır .

2020-ci ilin 4 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan vətəndaşların sayı 196təşkil etmişdir. Qeydiyyata alınmış 196Azərbaycan vətəndaşından 131-i (66,8%) kişi, 65-i (33,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 38 nəfər olmuşdur. Həmin müddətdə İİV-infeksiyasından 14 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olmuşdur.

2020-ci ilin 4 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olmuşdur: 30nəfər (15,4%) parenteral kontakt, 150 nəfər (76,5%) heteroseksual kontakt, 12nəfər (6,1%) homoseksual kontakt nəticəsində,  4 nəfərin (2%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2020-ci ilin 4 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 6987 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 4880-i (69,8%) kişi,2107-si (30,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1854nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş  vətəndaşların sayı isə 1056 nəfər olmuşdur.  

Qeydiyyata götürülən Azərbaycan vətəndaşlarından 40,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 48,6%-də heteroseksual, 3,2%-dəisə homoseksual kontakt nəticəsində, 1,6%-dəanadan uşağa keçməklə, 0,01%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 6,1% -də yoluxma yolu müəyyən edilməmişdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilmişdir. Belə ki, 08.11.2006-cıil tarixdən tətbiq edilən antiretrovirus terapiyaya  6043  insan cəlb olunmuş, onlardan 191 nəfərə müalicə 2020-ci ilin ilk 4 ayı ərzində başlanılmışdır.

Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzi Covid 19 pandemiyasıilə əlaqədar İİV-lə yaşayan insanların koronavirus infeksiyasına yoluxma təhlükəsinin qarşısını almaq məqsədi ilə öz işini UNAİDS-in tövsiyyələrinə uyğun olaraq həyata keçirir. İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısını almaq məqsədi ilə onlara ARV-dərmanların 3 aylıq ehtiyatı verilir. Eyni zamanda, ehtiyac olduqda, onların koronavirusa görə testləşməyə göndərilməsi həyata keçirilir. İİV-lə yaşayan insanların koronavirusa yoluxmaya görə yüksək risk daşıması ilə əlaqədar, onların Covid 19 barədə biliklərinin artırılması məqsədi ilə xüsusi broşur nəşr olunmuşdur.

Bütün dunyada olduğu kimi, Azərbaycanda da ənənəvi olaraq QİÇS-dən dünyasını dəyismiş insanlarn xatirəsı anılır. Koronovirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən "Karantin rejimi”-ilə əlaqədar  marifləndirmə işləri, həmçinin İİV-infeksiyası ilə əlaqədar vətəndaşların sorğularının cavablandırılması üçün  RQMM-nin rəsmi internet səhvəsində yeni modul yaradılmış və 24 saat      on-layn fəaliyyət göstərən həkim və digər əməkdaşların mobil telefonları orada qeyd olunmuşdur.

 

Bu xatirə günündə QİÇS-dən dünyasını dəyişənləri bir daha yada salır və hamını sağlam həyat naminə İİV-infeksiyası/QİÇS-lə mübarizədə səyləri birləşdirməyə çağırırıq.

.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Ünvan:Mir-Qasımov küç., 1/8

E-mail:office@aids.az

Tel: 510 08 69