Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

QİÇS-lə Mübarizə Mərkəzi koronavirusla mübarizəyə qoşulub

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi ölkədə yeni koronavirusla (COVİD 19) gedən mübarizəyə bilavasitə qoşulub. Belə ki, iyulun 7-dən Mərkəz nəzdində koronavirus diaqnostik laboratoriya fəaliyyətə başlayıb. Ən müasir avadanlıqla təchiz olunmuş laboratoriyada Mərkəzin yüksək peşəkarlığı ilə seçilən mütəxəssislər fəaliyyət göstərir. Laboratoriyada 20  tibb müəssisəsindən daxil olan nümunələr Polimeraz zəncirvari reaksiya  üsulu ilə koronavirusun olub-olmaması yoxlanılır. Xatırladaq ki, dövlət tibb müəssisələrindəki xüsusi ayrılmış laboratoriyalarda ÜST-ün protokoluna əsasən tibbi müayinələr dövlət büdcəsi hesabına həyata keçirilir. Qeyd etmək lazımdır ki, QİÇS-lə Mübarizə Mərkəzi artıq 30 ildir ki, ən müasir müayinə texnikası və texnoloji avadanlıqlardan ibarət laborator diaqnostika təcrübəsinə malikdir. Laboratoriyanın son nəsil avadanlıqlarla təminatında Qlobal Fondun böyük rolu olub. Laboratoriyamızın mütəxəssisləri mütəmadi olaraq ölkəmizdə, eləcə də xaricdə təlim və seminarlarda iştirak edirlər, bu yolla öz bilik və bacarıqlarını artırmağa çalışırlar. Ümid edirik ki, laboratoriyamızın yeni missiyası ölkədə və dünyada gedən koronavirusla mübarizəyə öz töhfəsini verəcək.