Respublika
QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) Avropa İİV-ə testləşmə həftəsi- 2020 ilə bağlı Bakıda maarifləndiriçi tədbirlər
keçirib. Bu il СOVID-19 pandemiyası ilə bağlı testləşmə həftəsi daha çox əhalinin
İnsanın İmmunçatışmazlığı Virusu (İİV) barədə məlumatlandırma xarakteri daşıyıb.
20-27 noyabrda Bakı metrosu stansiyalarının qarşısındaki meydanlarda İİV/QİÇS-lə
bağlı broşur, bukletler və digər informasiya materiallrı, habelə tibbi maskalar
paylanılıb.
Qeyd edək
ki, Avropa İİV-ə testləşmə həftəsi ümumavropa müayinə və maarifləndirmə
kampaniyasında Avropanın 55 ölkəsidən çoxsaylı dövlət və ictimai təşkilatlar
iştirak edirlər. İlk dəfə "Avropa İİV-ə testləşmə həftəsi” 2013-cü ildə
"HİV in Europe” beynəlxalq təşkilatın
təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının himayədarlığı ilə keçirilib. Azərbaycan
bu təşəbbüsün elan edildiyi vaxtdan bu panavropa kampaniyasında iştirak edib.
İldə iki dəfə
"Avropa İİV-ə testləşmə həftəsi” yaz və payız kampaniyası çərçivəsində
Bakı və regionlarda İİV-ə müəyinə və marifləndimə alksiyaları keçirilib.
Aksiyaların
keçirilməsində məqsəd insanların İİV infeksiyasına barədə statuslarını öyrənməsi
və bu infeksiyanın gec qoyulmuş diaqnoz problemini azaltmaqdır. Strateji planda
Avropa İİV-ə testləşmə həftəsinin məqsədi erkən diaqnostika və müalicəyə
başlama sayəsində xəstəliyin yayılmasının qarşısını almaq və İİV infeksiyası
epidemiyasına son qoymaqdır.
COVID-19
pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimini nəzərə alaraq, Respublika
QİÇS-lə Mübarizə Mərkəzi, əhali və pasiyentlər üçün əlavə xidmət növlərini gündəlik
fəaliyyətinə daxil edib. Karantin rejiminin tətbiqindən əvvəl - hələ mart
ayının ortalarından Mərkəz mütəxəssislərinin iştirakı ilə ölkə mənsubiyyətindən
asılı olmayaraq, bütün maraqlananlar üçün Azərbaycan, rus və ingilis dillərində
"Skype”, "WhatsApp” və "Viber” vasitəsilə məlumatlandırıcı və məsləhətləşmə
xidmətini yaradıb. Bu barədə aids.az saytında ətraflı məlumat almaq olar.
Videobağlantı
formatında "Evdən çıxmadan məsləhət al” xidmətindən hər kəs istifadə edə
bilir.