Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Azərbaycanda Avropa İİV-ə testləşmə həftəsi-2021 keçirilr

Azərbaycanda Avropa İİV-ə testləşmə həftəsi-2021 keçirilr

Respublika QİÇS-lə Mübarizə Mərkəzi mayın 14-dən 21-nə kimi Azərbaycanda Avropa İİV-ə testləşmə həftəsi-2021(spring) keçirilir. Bu kampaniya çərçivəsində  marifləndirmə yönümli aksiyar Bakı, Sumayıt, Gəncə, Mimgəşevir, Masallı, İmişlidə, Şamaxı, Quba, Tovuz şəhərlərində yerləşən "ASAN Xidmət” mərkəzlərində tərkil olunur.  Bu tədbirlərin əsas məqsədi, insan sağlamlığına fövqəladə təhlükə kəsb edən İnsanın İmmunçatışmazlığı Virusunun Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin İİV/QİÇS, sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərin artırılmasıdır.

"ASAN Xidmət” mərkəzlərində təşkil olunan informasiya güşasında hər bir insan İİV/QİÇS barədə, yoluxma yolları, profilaktika, müayinə və müalicə barədə ətraflı məlumat almaq və arzu etdiyi halda IIV testindən keçə bilər. Eyni zamandainformasiya məntəqəsində İİV/QİÇS-sə aid broşur,bukletlər, plakatlar paylananılır.

Covid-19 pandemiyası nəzərə alaraq bizim mütəxəssislər, sosial məsafəni saxlamaqla İİV/QİÇS-lə bağlı müraciət edən səxslərin suallarını cavablandırırlar.