Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

16 may QİÇS-dən dünyasını dəyişmiş insanların Xatirə Gününü ilə bağlı PRESS-RELİZİ

RESPUBLIKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN

QİÇS-dən dünyasını dəyişmiş insanların Ümumdünya Xatirə günü ilə əlaqədar

PRESS-RELİZİ

Hər il may ayının ücüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü kimi qeyd edilir. Xatirə günü QİÇS-dən vəfat edənlərin yad olunması, insanları QİÇS-ə yoluxma təhlükəsi haqqında düşünmələri, onların irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, QİÇS-dən sığortalanmadığlarını dərk etmələrinə çağırır. Eyni zamanda, bu tədbir cəmiyyətin diqqətini, İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək, geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2021-ci ilin 4 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 7449 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan, 5198-i (69,8%) kişi, 2251-si (30,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1119 nəfər olmuşdur.

Qeydiyyata götürülən Azərbaycan vətəndaşlarından 38,9%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 50,1%-də heteroseksual, 3,8%-də isə homoseksual kontakt nəticəsində, 1,5%-də anadan uşağa keçməklə, 0,01%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 5,7% -də yoluxma yolu müəyyən edilməmişdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə

Mərkəzində davam etdirir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya 6627 insan cəlb olunmuş, onlardan 211 nəfərə müalicə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılmışdır.

Hazırda, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Covid 19 pandemiyası ilə əlaqədar, İİV-lə yaşayan insanların koronavirus infeksiyasına yoluxma təhlükəsinin qarşısını almaq məqsədi ilə, öz

işini UNAİDS-in tövsiyyələrinə uyğun olaraq həyata keçirir. İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısini almaq məqsədi ilə onlara ARV dərmanların 3 aylıq ehtiyatı verilir. Eyni

zamanda ehtiyac olduqda onların koronavirusa görə testləşməyə göndərilməsi həyata keçirilir.İİV-lə yaşayan insanların koronavirusa yoluxmaya görə yüksək risk daşıması ilə əlaqədar, onların Covid 19 barədə biliklərinin artırılması məqsədi ilə xüsusi broşur nəşr olunmuşdur.

Bütün dunyada olduğu kimi , Azərbaycanda da ənənəvi olaraq QİÇS-dən dünyasını dəyismiş insanlarn xatirəsı anılır. Koronovirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən "Karantin rejimi”-ilə əlaqədar marifləndirmə işləri, həmçinin İİV-infeksiyası ilə əlaqədar vətəndaşların sorğularının cavablandırılması üçün RQMM-nin rəsmi internet səhvəsində yeni modul yaradılmış və 24 saat onlayn fəaliyyət göstərən həkim və digər əməkdaşların mobil telefonları orada qeyd olunmuşdur.

Bu xatirə günündə QİÇS-dən dünyasını dəyişənləri bir daha yada salır və hamını sağlam həyat naminə İİV-infeksiyası/QİÇS-lə mübarizədə səyləri birləşdirməyə çağırırıq.

 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Ünvan:Mir-Qasımov küç., 1/8

E-mail:office@aids.az

Tel: 510 08 69