Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

"ASAN-3"-də İİV/QİÇS-lə bağlı maarifləndirmə aksiyası

Respublika QİÇS-lə Mübarizə Mərkəzi "ASAN Xidmət- 3” mərkəzində maarifləndirmə aksiyası keçirib.  

Tədbirın əsas məqsədi, insan sağlamlığına fövqəladə təhlükə kəsb edən İnsanın İmmunçatışmazlığı Virusunun Azərbaycanda

yayılmasının qarşısının alınması, əhalinin İİV/QİÇS, sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərin artırılmasıdır.

"ASAN Xidmət” mərkəzində təşkil olunan informasiya güşasında hər bir insan İİV/QİÇS barədə, yoluxma yolları, profilaktika, müayinə və müalicə barədə ətraflı məlumat alıb. Eyni zamanda

informasiya məntəqəsində İİV/QİÇS-sə aid broşur,bukletlər, plakatlar paylananılıb.

Covid-19 pandemiyası nəzərə alaraq bizim mütəxəssislər, sosial məsafəni saxlamaqla İİV/QİÇS-lə bağlı müraciət edən səxslərin

suallarını cavablandırıb.