Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

YENİ İİV/Vərəm üzrə QRANTI ÜÇÜN LAYİHƏ TƏKLİFİ (2021-2024 İLLƏR)

YENİ İİV/Vərəm üzrə QRANTI ÜÇÜN LAYİHƏ TƏKLİFİ (2021-2024 İLLƏR)

 

(Bu elan Layihə Əlaqələndirmə Bürosu tərəfindən də təqdim olunacaq)

 

      Azərbaycan Respublikası Səhiyyıə Nazirliyinin Layihə Əlaqələndirmə Bürosu (LƏB) yerli qeyri-hökümət təşkilatlarını Qlobal Fondun Yeni İİV/Vərəm qrantı çərçivəsində 01 iyul 2021-ci il tarixindən 30 İyun 2024-cü illərə dair İİV/Vərəm qrantı müsabiqəsində iştirak etməyə dəvət edir. Qlobal Fondun əsas məqsədi bütün dünyada İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə ən yaxşı mübarizə fəaliyyətləri üçün  əlavə resursları cəlb etmək və bu məqsəd istiqəmətində ən mühüm səyləri dəstəkləməkdir.

"Azərbaycan Respublikasında Yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD Vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi” Layihəsi Qlobal Fond tərəfindən maliyyələşən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icra olunan layihədir. Səhiyyə Nazirliyinin Layihə Əlaqələndirmə Bürosunun vəzifəsi  əhalinin yüksək risk qrupları arasında zərərin azaldılması layihələrinin icrasından ibarətdir. Layihə təklifi mülki sektorda aşağıdakı bir və ya bir neçə fəaliyyətləri əhatə etməlidir:

1. Qadın inyeksion narkotik istifadəçiləri (İNİ) də daxil olmaqla, bütün İNİ-lər və onların partnyorları üçün zərərin azaldılması proqramları

2. Qadın Seks İşçiləri (Sİ) və onların müştəriləri üçün ZA/İİV-in profilaktika proqramları

3. Kişilərlə Cinsi əlaqədə olan kişilər (KCK) və transgender qadınlar üçün ZA/İİV-in profilaktika proqramları

Layihə təklifi paketi elektron formada e-mail vasitəsilə LƏB-in (projects@gfatm.az) elektron ünvanına və çap formada Bakı şəhəri T. Əliyarbəyov küçəsi 3, (2-ci mərtəbə) ünvanına 28 iyun 2021-ci il 16.00 kimi qədər təqdim edilməlidir.

 

Layihə Təklifi paketinə (Azərbaycan dilində,12 Arial şrifti ilə 4 səhifədən çox olmamaq şərti ilə) daxil olmalıdır:

 

1. Layihə Təklifi

• Layihə Təklifinin adı

• Əsas məqsəd

• Təklif olunan fəaliyyətlər üçün təfsilatlı plana daxil edilməlidir:

- Hədəf qruplar

- Coğrafi ərazi

- Əhatə

- Autriç işçilərin sayı

- Gözlənilən nəticələr/hədəflər

• Büdcə

- Administrativ xərclər (məs: ofisin icarə haqqı, dəftərxana xərcləri, kommunikasiya xərcləri, bank kommisiyası və s.) cəmi büdcənin 5%- dən çox olmamalıdır, digər məbləğ isə xidmətlərə/müqavilələrə sərf edilməlidir.

 

Qeyd!   Təqdim olunan layihə təklifinə xidmətlər, coğrafi ərazi, əhatə və büdcə haqqında aşağıdakı məlumatlar daxil edilməlidir: 

           Xidmət sahələri/Hədəf qrupları:

1. Qadın inyeksion narkotik istifadəçiləri (İNİ) də daxil olmaqla, bütün İNİ-lər və onların partnyorları üçün zərərin azaldılması proqramları

2. Qadın Seks İşçiləri (Sİ) və onların müştəriləri üçün ZA/İİV-in profilaktika proqramları

3. Kişilərlə Cinsi əlaqədə olan kişilər (KCK) və transgender qadınlar üçün ZA/İİV-in profilaktika proqramları

Hər bir xidmət sahəsi üçün profilaktika xidmətləri paketi aşağıdakı kimidir:

 

• İNİ-lər üçün xidmət paketi: təhlükəsiz davranışlar və İİV/CYYX-in profilaktikası üzrə tay-taya məsləhət, steril şprislərin/iynələrin və digər steril materialların, qoruyucuların, informasiya materiallarının paylanması.

 Əlavə olaraq, müştərilər İİV-ə müayinə və məsləhət, tibbi (CYYX, Vərəm və Hepatitlərin diaqnozu və müalicəsi), psixoloji və hüquqi məsləhət xidmətlərinə, Metadonla Əvəzedici müalicə və ART-yə  göndəriləcəklər. 

• Qadın Seks işçiləri (QSİ) üçün xidmət paketi: təhlükəsiz davranışlar və İİV/CYYX-in profilaktikası üzrə tay-taya məsləhət, qoruyucuların, lubrikantların, informasiya materiallarının paylanması. Əlavə olaraq, müştərilər İİV-ə müayinə və məsləhət, tibbi (CYYX, Vərəm və Hepatitlərin diaqnozu və müalicəsi), psixoloji və hüquqi məsləhət xidmətlərinə və ART-yə  göndəriləcəklər. 

• Kişilərlə Cinsi əlaqədə olan Kişilər (KCK) üçün xidmət paketi: təhlükəsiz davranışlar və İİV/CYYX-in profilaktikası üzrə tay-taya məsləhət, qoruyucuların, lubrikantların, informasiya materiallarının paylanması. Əlavə olaraq, müştərilər İİV-ə müayinə və məsləhət, tibbi (CYYX, Vərəm və Hepatitlərin diaqnozu və müalicəsi), psixoloji və hüquqi məsləhət xidmətlərinə və ART-yə  göndəriləcəklər. 

 

Əhatə dairəsi

Layihə fəaliyyətləri ilə əhatə olunacaq benefisiarların sayı və əhatənin genişləndirilməsi üçün aydın fəaliyyət planı .

 

2. Təşkilat haqqında məlumat

• Təşkilatın adı və təsis edilmə tarixi

• Təşkilatın əvvəlki təcrübəsi (cəlb olunduqları layihələrin siyahısı və əməkdaşlıq etdikləri təşkilatlar)

Müraciət edən QHT-lər üçün tələblər aşağıdakı kimidir:

• Azərbaycan Respublikası Ədliyyə Nazirliyində QHT kimi qeydiyyatdan keçmək

• Bu layihə üçün xüsusi bank hesabı açmaq imkanı

• Yerli qanunvericiliyə və Qlobal Fondun qaydalarına uyğun olaraq 1C maliyyə proqramından istifadə etməklə mütəmadi və dəqiq maliyyə hesabatı vermək bacarığı 

• Mütəmadi və dəqiq proqram hesabatları vermək bacarığı

• Yerli qanunvericiliyə uyğun olaraq bütün işçilərlə Əmək/Xidmət müqaviləsi bağlamaq

• Əgər varsa, təklif formasının bir hissəsi kimi, digər donor təşkilatlarla olan qrant müqavilələri, iş planları və büdcələr haqqında məlumatları bölüşmək

• Layihənin icrası və layihə heyətinin təlimləndirilməsi daxil olmaqla, proqram və maliyyə idərəçiliyi üçün tələblərə cavab verən uyğun bacarıq və resursların mövcud olması

 

 

       Qalib olan layihə təklifləri Ölkə üzrə Əlaqələndirmə Komissiyasının (ÖƏK) İİV-üzrə İşçi Qrupunun  nəzdində yaradılmış Seçki Komitəsi tərəfindən seçiləcəkdir. Seçki Komitəsi Səhiyyə Nazirliyi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Ədliyyə Nazirliyi, ÜST və Layihə Əlaqələndirmə Bürosunun nümayyəndələrindən ibarət olacaq. Üstünlük zərərin azaldılması sahəsində təcrübəsi olan QHT-lərə, İİV-lə yaşayan insanlarla və yüksək təsirə məruz qalan əhali ilə işləyən icma-əsaslı təşkilatlara veriləcəkdir.

 

Yeni IIV/Vərəm Qrantı üçün layihə təklifinin hazırlanması ilə bağlı 22 iyun tarixində saat 15:00-da Hilton hoteldə məlumat sessiyası keçiriləcəkdir. İştirak etmək istəyən QHT nümayəndələri sessiyadan öncə projects@gfatm.az ünvanına yazılı şəkildə məlumat verməlidirlər.