Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) ölkədə İİV-infeksiyasının diaqnostikası, profilaktikası və İİV-lə yaşayan insanlara tibbi yardımın və dəstəyin göstərilməsi üzrə baş tibb müəssisəsidir. Respublika QİÇS-lə Mübarizə Mərkəzi 1989-cu ildə yaradılıb.
İİV-ə yoluxma Azərbaycanda ilk dəfə 1987-ci ildə xarici vətəndaşlar arasında aşkar olunub. 1992-ci ildə Azərbaycanda ilk dəfə İİV-ə yoluxmuş ölkə vətəndaşı aşkar olunub.

RQMM-in şöbələri:

Qəbul şöbəsi:


Qəbul şöbəsində Mərkəzə müayinə üçün nəql olunan və müraciət edən şəxslərin qan nümunələrinin qəbulu və qeydiyyatı aparılır.

Laboratoriya şöbəsi:


Burada İİV/QİÇS və digər xəstəliklər ilə bağlı ən müasir avadanlıq və üsullarla laborator müayinələr aparılır.

Epidemioloji nəzarət şöbəsi:

İİV-in ölkədə yayılmasına epidemioloji nəzarəti və profilaktikasını həyata keçirir.

Ambulator yardım və dispanser müşahidə şöbəsi:


İİV-lə yaşayan şəxslərin dispanser müşahidəsi aparılır və onlara tibbi yardım göstərilir.

Stasionar şöbə:


Bu şöbədə müalicəyə ehtiyacı olan İİV-lə yaşayan şəxslərə palliativ daxil olmaqla tibbi xidmət göstərilir.

Təşkilati-metodiki şöbə:

Əhaliyə İİV-lə mübarizə üzrə xüsusiləşdirilmiş tibbi yardımının təşkili və müalicə müəssisələrinə İİV/QİÇS-lə mübarizədə metodiki yardımın göstərilməsini təmin edir.

Monitorinq və qiymətləndirmə şöbəsi:

Dövlət, qeyri -hökumət təşkilatları və beynəlxalq qurumlar tərəfindən aparılan tədbirlərin effektivliyinin qiymətləndirilməsi, eləcədə bu fəaliyyətin səmərəliliyin yüksəldilməsi məqsədi ilə təkliflərin hazırlanmasını həyata keçirir.

Könüllü Müayinə və Məsləhət (KMM) kabineti:


Müraciət edən hər bir şəxslə müayinədən əvvəl və müayinədən sonra məsləhətləşmələr aparılır. Müraciətin konfidensiallığına dövlət zəmanəti verilir.

Anonim müayinə kabineti:


Müraciət edən şəxsin istəyi ilə ilkin müayinə anonim tərzdə aparıla bilər. Tibbi tövsiyələrlə yanaşı müayinə olunan şəxsə psixoloji durumu, davranışı və digər məsələlər, o cümlədən hüquqi problemləri üzrə məsləhətlər verilir.

Psixoloq kabineti:

Burada Mərkəzə müayinə və müalicə üçün müraciət edən şəxslərə psixoloji yardım göstərilir.

ARV-terapiya regional mərkəzləri

ARV-regional mərkəzi

Ünvan

1

Naxçıvan MR QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzi

Naxçıvan MR, Nizami küçəsi, bina 53

2

Şirvan Mərkəzi Rayon Xəstəxanası

Şirvan rayonu, H.Əliyev prospekti, 16

3

Quba Mərkəzi Rayon Xəstəxanası

Quba rayonu, Fətəlixan küç., 12

4

Lənkəran Mərkəzi Rayon Xəstəxanası

Lənkəran rayonu, Nizami küç., 67

5

Gəncə Yoluxucu Xəstəliklər Xəstəxanası

Gəncə şəhəri, M.Xələfov küç., 8

6

Şəki Mərkəzi Rayon Xəstəxanası

Şəki rayonu, M.Rəsulzadə prospektı, 164