Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi


Esmira Alməmmədova

RQMM-in direktoru

1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirib.
1982-2006-cı illərdə Semaşko adına 1-nömrəli xəstəxanada həkim-terapevt, xəstəxananın həmkarlar ittifaqı komitəsinin sədri, terapiya şöbəsinin müdiri vəzifəsində işləyib. 1999-cu ildə AR Səhiyyə Nazirliyi tərəfindən ali dərəcəli həkim-terapevt adı verilib.
2006-cı ildən Respublika QİÇS-lə Mübarizə Mərkəzində Ambulator yardım və Dispanser müşahidə şöbəsində həkim, sonradan Mərkəzin direktor müavini vəzifəsində işləyib.

2013-cu ildən isə RQMM-in direktoru vəzifəsində çalışır.


Rauf Rzayev

RQMM-in direktor müavini

1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. 1982-1984 –cü illərdə Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzində Klinik Ordinatura keçib. 1984-2012-ci illərdə 4 saylı Şəhər Klinik Xəstəxanasında ardıcıl olaraq cərrahiyyə şöbəsinin həkimi, şöbə müdiri, baş həkimin müavini vəzifələrində çalışıb. 1986-cı ildə tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 2013-2015-ci illərdə Respublika Talassemiya Mərkəzinə rəhbərlik edərək Azərbaycanda ilk sümük iliyi transplantasiya şöbəsinin yaradılmasında və əməliyyatların bilavasitə icrasında mühüm rolu olmuşdur. Bu problem üzrə Avropada və ABŞ-da keçirilən bir sıra seminar və konfransların iştirakçısıdır. 2015-ci ilin aprel ayından RQMM-nin direktor müavini vəzifəsində işləyir.


Afət Nəzərli

Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri

1987-ci ildə Azərbaycan Dövlət Tibb Institutunun Sanitar-gigiyena fakültəsini bitirib.

1987-1991-ci illərdə Xaçmaz rayon Sanitar-epidemioloji stansiyasının epidemioloji şöbə müdiri vəzifəsində çalışıb.
1991-2002-ci illərdə Bakı şəhər Sanitariya və Gigiyena Mərkəzində epidemioloji şöbənin müdiri, sonradan epidemioloji məsələlər üzrə direktor müavini vəzifəsində işləyib.
2009-cu ildən Respublika QIÇS-lə Mübarizə Mərkəzində Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri vəzifəsində işləyir.


Eldəniz Muradov

Təşkilati-metodiki işlər şöbəsinin müdiri

1973-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu "Fərqlənmə diplomu” ilə bitirib, ümumi cərrahiyyə üzrə bir illik internatura kursu keçərək cərrah peşəsinə yiyələnib.
Əmək fəaliyyəti dövründə 1974-1985-ci illərdə Səhiyyə Nazirliyinin 4-cü Baş İdarəsinin 1 saylı xəstəxanasında və sonralar Azərbaycan Dövlət Tibb İnstitutunun operativ cərrahiyyə kafedrası və Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun proktologiya kafedrasında çalışmışdır.
1985-1993-cü illərdə, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Baş İdarəsinin rəis müavini və eyni zamanda narkologiya və psixiatriya yardımının təşkili şöbəsinin müdiri olmuşdur.
1993-cü ildən bir neçə müalicə-profilaktika müəssisələrində baş həkim müavini və şöbə müdiri vəzifələrində işləyib.
2009-cu ildə Respublika QİÇS-lə Mübarizə Mərkəzində təşkilati-metodiki işlər şöbəsinə müsabiqə yolu ilə qəbul olunub və 2011-ci ildən həmin şöbənin müdiri təyin edilib.
Cərrahiyyə və səhiyyənin təşkili üzrə birinci attestasiya kateqoriyalarına malikdir. Fəaliyyət göstərdiyi sahələr üzrə 20-dən çox elmi məqaləsi dərc olunub.


Adilə Rzayeva

Qəbul şöbəsinin müdiri

1993-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1994-1995-ci illərdə Bakının Xətai rayonu doğum evində, 1995-2002-ci illərdə 1 saylı Doğun evində anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2005-2006-cı illərdə Tibb texnikumunda cərrahiyyə işi üzrə müəllim və eyni zamanda Respublika Klinik Xəstəxanasında həkim-reanimatoloq vəzifəsində çalışıb. 2006-cı ildən RQMM-nin qəbul şöbəsinin müdiri və şüa diaqnostikası həkimi vəzifəsində işləyir


Sevda Əhmədova

Stasionar şöbənin müdiri

1976-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunu bitirib. 1977-2006-cıillərdə Semaşko adına Bakı Şəhər Xəstəxanasında həkim-terepevt vəzivəsində işləyib.

2007-ci ildən Respublika QİÇS-lə Mübarizə Mərkəzində çalışır. 2009-cı ildən Mərkəzin Stasionar yardım şöbəsinin müdiri dir.

Beynəlxalq təşkilatların xətti ilə Avstriya, Ukrayna, Rusiya

və digər ölkələrdə keçirilən İİV/QİÇS üzrə seminar və konfransların iştirakçısıdır.



Ella Qurbanova

Laborator şöbəsinin müdiri

1977-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Həmin ildən 1988-ci ilə kimi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində işləyib.

1988- ci ildən, İİV-in diaqnostik laboratoriyası təşkil olunduğu vaxtdan bu günə kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində işləyir.

2001-ci ildən bu tibb müəssisəsinin laborator şöbəsinin müdiridir.

Qurbanova 1988- ci ildə Moskvada həkimlərin təkmilləşdirmə institutunda İİV-in laborator diaqnostikası və 1990-cı ildə İİV-in immunodiaqnostikası kurslarını keçib.

2006-cı ildə Rusiyanın QİÇS-lə Mübarizə və Profilaktika üzrə Federal Elmi Metodiki Mərkəzində BD FACS Count cihazında "Axarsitometriya əsasları və GLP” və Moskvanın infeksion xəstəlikləri institutunda Polimeraza zəncirvari reaksiya diaqnostikasına aid təlimlərdə iştirak edib.



Nadir Kərimov

Baş mühasib

 

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-Kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib həqiqi hərbi xidmətə çağırılıb.

2003-2005 illərdə "Birlikbank” ASC nin kreditlərin idarə olunması və problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi, 2008-2009-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolu idarəsində iqtisadçı, 2009-2010-cu illərdə Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsində mühasib vəzifələrində çalışıb.Hal-hazırda Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad universititenin Maliyyə auditi və analiz fakultəsinin magistrıdır.

27.07.2010 il tarixdən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Baş mühasibi vəzifəsində çalışır.

 



Zülfüqarov Natiq

Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri

2007-cı ildə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsini bitirib.

2009-2010-cu illər "FRESH CATERİNG” şirkətinə tibbi təhlükəsizlik üzrə həkim vəzifəsində çalışıb.

2011-ildən RQMM-də həkim-epidemioloq vəzifəsində işə başlayıb.

2013-cu ilin may ayından etibarən RQMM-nin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri vəzifəsində çalışır.

 


Samirə Veliyeva

Ambulator yardım və Dispanser müşahidə şöbəsinin müdiri

2006-cı ildə ATU-nun pediatriya fakültəsini bitirib.

2006-2007-ci illərdə 12 saylı Birləşmiş Uşaq Xəstəxanasında həkim-interna vəzifəsində işləyib.

2008-ci ildən RQMM-in Ambulator yardım və Dispanser müşahidə şöbəsində həkim-pediatr, 01.06.2013 ildən isə bu şöbənin müdiri vəzifəsində çalışır.