Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Rusiyanın "Vektor" Dövlət Virusologiya və Biotexnologiya Mərkəzi maliyyə vəsaiti olacağı təqdirdə İİV-QİÇS-ə qarşı vaksinlərin sınaqdan keçirilməsi üzrə ikinci mərhələni reallaşdırmağa hazırdır. 

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu çərşənbə axşamı jurnalistlərə mərkəzin baş direktoru Valeri Mixeyev deyib.

Onun sözlərinə görə, "KombiVİÇvak" Rusiyada QİÇS-ə qarşı yeganə vaksindir ki, klinik tədqiqatların ikinci mərhələsinə çatıb: "Təəssüf ki, bunun üçün maliyyə vəsaiti ayrılmayıb. Lazımi maliyyə vəsaiti ayrılacağı təqdirdə sınaqlar 1,5-2 il ərzində başa çata bilər".

İkinci mərhələnin maliyyələşdirilməsinə 200-300 milyon rubl tələb olunur.

Milli.Az