Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi


Bu gün Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında Gənclər və İdman Nazirliyi və Respublika QİCS-lə Mübarizə Mərkəzi tərəfindən QİCS-dən vəfat edən insanların Ümumdünya xatirə gününə həsr olunmuş aksiya keçirildi. Bu münasibətlə filiala gəlmiş QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Ceyhun Nəcəfov, mərkəzin əməkdaşı Rəhman Yusifov, Şəki Regional Laboratoriyasının müdiri Kəmalə Abdullayeva, laborant Arifə Babayeva filialın tələbələrini bu xəstəliklə bağlı maarifləndirmək məqsədi ilə əvvəlcə tədbir keçirdilər.

Tədbirdə bu xəstəlik, onun ötürülmə yolları, profilaktikası barədə məlumat verildi, tələbələri maraqlandıran suallar cavablandırıldı, xəstəliklə bağlı məlumat materialları paylanıldı, öz sağlamlığına əmin olmaq üçün hər kəsə ekspress-testdən keçmək, həkimlərdən məsləhət almaq tövsiyə olundu.
Sonra isə aksiya təşkilatçılarına müraciət edənləri qəbul etmək və məsləhət vermək məqsədi ilə lazımi şərait yaradıldı.