Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin QİÇS-dən dünyasını dəyişmiş insanların Ümumdünya xatirə günü ilə əlaqədar PRESS-RELİZİ

Hər il may ayınınüçüncü bazar günündə QİÇS-dən dünyasını dəyişmişinsanların Ümumdünyaxatirə günü keçirilir.

Xatirə günü ilkdəfə 1983-cü ildə San-Fransisko şəhərində QİÇSproblemini şəxsən yaşayan və ondan ciddi narahat olan insanlartərəfindən təsis olunmuş və keçirilmişdir. O zaman QİÇS-dən ölənlərin sayı bir neçəmin nəfər olmuşdur.

Bu il Ümumdünya xatirə günü 27-cidəfədir ki, qeyd olunur və QİÇS-dən ölənlərin sayı artıq milyonlarla ölçülür. Bu gün məhz onların xatirəsininyad edilməsi, bütüninsanların isə QİÇS haqqında düşünmələri, irqindən, milliyyətindən, dinindən, sosialvəziyyətindən asılı olmayaraq,heç kəsin QİÇS-dən sığortalanmadığını dərk etmələri üçün keçirilir.Xatirə günü eyni zamandacəmiyyətin diqqətini bu problemə cəlb etmək, İİV/QİÇS-lə yaşayan insanlara qarşıstiqma və diskriminasiyanı aradan qaldırmaq, geniş ictimaiyyətə İİV/QİÇS haqqındadüzgün informasiya çatdırmaq məqsədi daşıyır. Xatirə günü həm də İİV/QİÇS-lə yaşayaninsanlara, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək məqsədiilə qeyd edilir.

İİV/QİÇS pandemiya şəklində dünyadayayılmaqda davam edir. UNAİDS və ÜST ekspertlərinin 2008-ci ilin sonuna təqdim etdikləriməlumata görə, dünyada İİV/QİÇS-lə yaşayan insanların sayı 33,4 mln təşkil edir.

Azərbaycanda da İİV/QİÇS problemiən aktual məsələlərdən biri olaraq qalmaqdadır və daim Azərbaycan Respublikası SəhiyyəNazirliyinin nəzarətindədir. Ölkədə İİV/QİÇS-lə mübarizə xidməti sistemi və onunbaş idarəsi olan Respublika QİÇS-lə Mübarizə Mərkəzi fəaliyyət göstərir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində1987 – 01.05.2010-ci il dövrü ərzində cəmi 2427 nəfər İİV-ə yoluxmuş şəxs rəsmiqeydiyyata alınmışdır. Onlardan 2335 nəfəri Azərbaycan vətəndaşı, 92-i isə əcnəbidir.Həmin dövr ərzində 305 Azərbaycan vətəndaşı (268 kişi və 37 qadın) QİÇS-dən dünyasınıdəyişmişdir.

Yaş mənsubiyyətinə görə QİÇS-dənölən Azərbaycan vətəndaşları aşağıdakı kimi bölünmüşdür: 0-8 yaşında – 4 nəfər,21-29 yaşında – 34 nəfər, 30-39 yaşında – 141 nəfər, 40-49 yaşında – 107 nəfər,50-59 yaşında – 14 nəfər, 60 yaş və yuxarı – 4 nəfər, yaşı naməlum olan – 1 nəfər.

QİÇS-dən ölənlər Azərbaycanın 45inzibati ərazi vahidinin sakinləri olmuşlar. QİÇS-dən ölüm halları daha çox Bakıvə Abşeronda (95 nəfər), Lənkəranda (42 nəfər) və Sumqayıtda (32 nəfər) qeydə alınmışdır.

QİÇS-dən dünyasını dəyişmiş insanlarınailələrində 249 uşaq yetim qalmış, onlardan 20 uşaq ata və anasını, 25 uşaq anasını,204 uşaq isə atasını itirmişdir.

Bütün dünyada olduğu kimi, Azərbaycandada QİÇS-dən dünyasını dəyişmiş insanların xatirəsi ənənəvi olaraq anılır və RespublikaQİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Ümumdünya xatirə gününə həsr olunmuş bir sıratədbirlər həyata keçirilir. Belə ki, 12-15 may tarixlərində Ombudsmanapparatının əməkdaşları ilə birgə Gəncə, Lənkəran, Quba və Şəki regionalteleviziya kanallarında cıxışlar təşkil edilmiş, gənclərin iştirakı ilə dəirmimasalar keçirilmişdir.

15.05.2010-ci il tarixdə Mərkəzdədövlət, beynəlxalq, qeyri-hökumət və dini təşkilatların, eləcə də KİV nümayəndələrininiştirakı ilə «Unutmayaq və QİÇS-ə qarşı birləşək» şuarı altında dəyirmi masanınvə «Muğam mahnı teatrında» müğam konsertin keçirilməsi planlaşdırılmışdır.