Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN 2010-cu ilin birinci yarısının yekunlarına görə Azərbaycanda İİV/QİÇS problemi ilə əlaqədar PRESS-RELİZİ

İİV/QİÇS pandemiyası dünyasəhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. Azərbaycandada İİV/QİÇS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyininnəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasınadaxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksionnarkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycanda təkcə 2010-cu ilin 6 ayı ərzində aşkar olunanİİV-ə yoluxma hallarının 58,5%-i,ümumilikdə isə 1987-01.07.2010-cu iltarixinə olan dövrdə bütün yoluxma hallarının 62,5%-i  inyeksion narkotik istifadəsi nəticəsindəbaş vermişdir.

2010-cu ilinbirinci yarısında Azərbaycanda 248 yeniİİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınmışdır. Onlardan 240-ı (96,8%) Azərbaycan vətəndaşı, 8 nəfəri (3,2%) isə əcnəbi vətəndaşdır. Qeydiyyataalınmış 240 Azərbaycan vətəndaşından192-i (80,0%) kişi, 48-i (20,0%)qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçənlərin sayı 104 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 101 nəfər, İİV-dən dünyasını dəyişmiş insanlarınsayı 22 nəfər, onlardan vətəndaşlarınsayı 21nəfərolmuşdur.

2010-cu il 6ayı ərzində 240 nəfər Azərbaycanvətəndaşından 52-i(21,7%) Bakı şəhəri və Abşeron rayonunda, 186-ı (77,5%) Respublikanın digər 33 inzibati ərazisində qeydiyyatda olanşəxslərdir; 2 (0,8%) nəfərin yaşayışyeri naməlumdur. 240 nəfər İİV-əyoluxmuş  Azərbaycan vətəndaşından 42 nəfərinin (17,5%) Respublikadan kənarda yoluxduğu müəyyənləşdirilmişdir.

Ümumilikdə, Azərbaycanda ilkdəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ciildən 2010-cu ilin 6 ayının sonunadəkRespublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 2512 nəfər rəsmi qeydiyyatagötürülmüşdür. Onlardan 2414 nəfəri (96,1%) Azərbaycan vətəndaşı, 98 nəfəri (3,9%) isə əcnəbidir, İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 2011-i (83,3%) kişi, 403-ü (16,7%) qadındır. QİÇSmərhələsində olan insanların sayı 554nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 548 nəfər, İİV-dən dünyasını dəyişmiş insanların sayı 318 nəfər, onlardan Azərbaycanvətəndaşlarının sayı 314 nəfərolmuşdur.

Azərbaycan vətəndaşında ilkdəfə İİV-infeksiyasının aşkar edildiyi 1992-ciildən 2010-cu ilin 6 ayının sonunadək2414 İİV-ə yoluxmuş insandan 687-i (28,5%) Bakı şəhəri və Abşeron rayonunda,1687-i (69,9%) Respublikanın digər 53inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 40 nəfərin (1,6%) yaşayışyeri naməlumdur.

1992-ciildən 2010-cu ilin 6 ayının sonunadəkAzərbaycanda 960 ailədə İİV-əyoluxma faktı qeydə alınmışdır. Onlardan 25ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq,238 ailədə ər-arvad, 636 ailədə yalnız kişi, 60 ailədə isə yalnız qadın yoluxmuşdur.

Səhiyyə Nazirliyi tərəfindən İİV-ləyaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinintəmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilmişdir. Beləki, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 08.11.2006-cı il tarixdən etibarən İİV-ləyaşayan insanlara pulsuz qaydada həyata keçirilən antiretrovirus terapiyasınahazırda 412 nəfər cəlb olunmuşdur. Onlardan82 nəfərinə müalicəyə 2010-cu ilin 6 ayı ərzindəbaşlanılmışdır.

2010-cu ilin6 ayı ərzində Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmətədbirləri keçirilmiş, Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərənictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.