Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN 01 dekabr 2010-cu il – Ümumdünya QİÇŞ günü ilə əlaqədar PRESS-RELİZİ

Hər il dekabrayının 1-də Ümumdünya QİÇS günü qeyd edilir. İlk dəfə 1988-ci ildə təsisedilmiş QİÇS günü bu il artıq 22-ci dəfə keçirilir.

İİV-infeksiyası/QİÇSpandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemkimi qalmaqdadır, lakin BMT-nin İİV/QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) 23.11.2010-cuil tarixində dərc etdiyi hesabatında ilk dəfə göstərilir ki, dünya miqyasında QİÇSepidemiyasının dayandırılmasına və İİV-in yayılmasının qarşısının alınmasınanail olunmuşdur. Belə ki, son 10 ildə yeni yoluxma hallarının, son 5 ildə isə QİÇS-dənölüm hallarının 20% azalması qeyd edilmişdir, bu da  İİV/QİÇS-lə yaşayan insanların sayının stabilləşməsinəsəbəb olmuşdur. UNAİDS-in və Dünya Səhiyyə Təşkilatının dəqiqləşdirilmiş məlumatınagörə, ümumilikdə 2009-cu ildə yer kürəsində İİV–lə yaşayan insanların sayı 33,3milyon təşkil etmişdir ki, onlardan da 15,9 milyonu qadın, 2,5 milyonuuşaqdır.Təkcə 2009-cu il ərzində dünya üzrə İİV-ə yoluxmuş insanların sayı 2,6 milyon,QİÇS-dən vəfat etmiş insanların sayı isə 1,8 milyon olmuşdur (2008-ci ildə burəqəmlər müvafiq olaraq 2,7 və 2,0 mln təşkil etmişdir).

 Azərbaycandada İİV/QİÇŞ problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyininnəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasınadaxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksionnarkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycan vətəndaşlarıarasında təkcə 2010-cu ilin 11 ayı ərzində aşkar olunan İİV-ə yoluxmahallarının 57,3%-i, ümumilikdə isə 1992-01.12.2010-cu il tarixinə olan dövrdəyoluxma hallarının 63,5%-i inyeksion narkotik istifadəsi nəticəsində başvermişdir.

2010-cu ilin 11ayı ərzində Azərbaycanda 409 yeni İİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyataalınmışdır. Onlardan 398-i (97,3%) Azərbaycan vətəndaşı, 11 nəfəri (2,7%) isəəcnəbi vətəndaşdır.

Azərbaycanda ilkdəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2010-cu ilin 1 dekabrtarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiqolunmuş 2673 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 2572 nəfəri (96,2%)Azərbaycan vətəndaşı, 101 nəfəri (3,8%) isə əcnəbidir, İİV-ə yoluxmuşAzərbaycan vətəndaşlarından 2139-u (83,2%) kişi, 433-ü (16,8%) qadındır.  QİÇS mərhələsində olan insanların sayı 620nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 614 nəfər, İİV-infeksiyasındandünyasını dəyişmiş insanların sayı 339 nəfər, onlardan Azərbaycanvətəndaşlarının sayı 334 nəfər olmuşdur.

2572 nəfərAzərbaycan vətəndaşından 1634-də (63,5%) İİV-ə yoluxma inyeksion narkotikistifadəsi nəticəsində, 618-də (24%) heteroseksual, 32-də (1,2%) anadan uşağakeçməklə, 21-də (0,8%) isə homoseksual kontakt nəticəsində, 1-də (0,04%) donorqanının köçürülməsi nəticəsində baş vermişdir, 266 nəfərdə (10,3%) yoluxma yolunaməlumdur.

SəhiyyəNazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq vədəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə MübarizəMərkəzində davam etdirilmişdir. Belə ki, QİÇS, vərəm və malyariya ilə mübarizəüzrə Qlobal Fondun və Səhiyyə Nazirliyinin dəstəyi ilə 08.11.2006-cı iltarixdən tədbiq edilən antiretrovirus terapiyaya hazırda 560 İİV-lə yaşayaninsan  cəlb olunmuşdur. Onlardan 230nəfərə müalicə 2010-cu ilin 11 ayı ərzində başlanılmışdır.

Əvvəlki illərdəolduğu kimi, Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmətədbirləri keçirilmiş, Respublikada İİV-infeksiyası/QİÇS problemi üzrəfəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davametdirilmişdir.