Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

HİV-infeksiyanın diagnostikasıiki ardıcıl mərhələdən ibarətdir:
  1. HİV-infeksiyanın diagnozun təyin edilməsi, yəni HİV-ə yoluxmanın təsdiqi;
  2. Kliniki diagnozun goyulması, yəni HİV-infeksiyanın mərhələsinin və gedişatının təyini.

HİV/AİDS-ın diagnostikası kompleks yanaşma tələb edir və epidemioloji, kliniki və laborator meyarlarının birgə qiymətləndirməsi nəticəsində təsdiq edilir.

Belə ki, ən vacib epidemioloji meyar - müyinə olunan şəxsin yoluxma ehtimalı yüksək olan qrupa aid olmasıdır. Belə risk qruplarına narkomanlar, homo- və biseksuallistlər, seks-biznes işçiləri, qan, qan komponentlərinin, spermanın, orqanların və toxumaların resipentləri, HİV-ə yoluxmuş analardan doğulmuş uşaqlar, tibb işçiləri və b. aiddir.

HİV-ə yoluxma ehtimalının vacib kliniki meyarlarına aşağıdakı vəziyyətlər aiddir: kəskin qrip-mononukleoz sindromu, müxtəlif qrup limfa düyünlərin səbəbsiz böyüməsi, bir aydan çox sürən diareya, səbəbsiz arıqlama və bədən kütləsinin 10%-dan çox itirilməsi, uzun müddətli adi antibiotikoterapiyaya davamlı pnevmoniyalar, bakterial və parazitar mənşəli uzun sürən irinli-itahabı xəstəliklər, AİDS-assosiasiyalı xəstəliklər.

HİV/AİDS-in kliniki və/vəya epidemioloji meyarlar aşkar olunduqda mütləq aşağıdakı istiqamətlərdə laborator müayinələr aparılmalıdır:

  1. HİV-ə yoluxmanın spesifik markerlərin (göstəricilərin) təyin edilməsi;
      • HİV-antigenlərinin təyini;
      • HİV-antigenlərinə qarşı anticisimlərinin təyini;
      • HİV RNT-nin (ribonuklein turşusu) təyini.
  1. İmunodefisitin inkişafının göstəricilərinin təyini (qanda CD4 hüceyrələrinin migdarının azalması)

Spesifik laborator diagnostika

HİV-ə yoluxmanın spesifik göstəricilərinin təyini seroloji (HİV-antigenlər və antigenlərə qarşı anticisimlər) və molekulyar-genetik (HİV RNT-si) üsullarla aparılır.

HİV-infeksiyasının diaqnostikasında ən genişistifadəedilən seroloji üsullardan immunoferment analizi vəimmunoblotinq, molekulyar-genetik üsullardan - polimeraz zəncirvari reaksiyadır.

İmmunoferment metodu (İFM).

İFM -yüksək həssaslığa malik və HİV-ə qarşı anticisimlərin təyini üçün ən geniş istifadə edilən, sadə və nisbətən ucuz olan diaqnostika üsuludur. Lakin bu üsuldan istifadə etməklə HİV-infeksiyasının ilkin, anticisimlərin hələ əmələ gəlmədiyi və "seroloji pəncərə” adlanan mərhələsində diaqnozu qoymaq mümkün deyil. Məlumdur ki, HİV-ə yoluxmuş insanların 90-95%-də anticisimlər 3 ay ərzində, 5-9%-də - 6 ay ərzində, 0,5-1%-də - daha gec əmələ gəlirlər. Anticisimlərin ən tez aşkar olunma vaxtı - yoluxmadan 2 həftə sonradır. Anticisimlər xəstəliyin terminal mərhələsində, yəni anticisiməmələgəlmənin ciddi pozuntusu ilə müşahidə olunan ağır immunçatışmazlığı zamanı də aşkar olunmur və bu vaxt İFM-müayinəsi yanlış – mənfi nəticə verə bilər. " Pəncərə " dövründə testin nəticəsi mənfidirsə, onu yanlış – mənfi kimi qiymətləndirilməli və epidemioloji və klinik göstərişlər olduqda təkrar müayinə olunmalıdır.

Bundan əlavə, təxminən 2% hallarda, əsasən xronik infeksion, autoimmun, onkoloji və bəzi digər xəstəlikləri olan pasiyentlərin müayinəsi zamanı,eləcə də hamiləlik dövründə müayinənin yalnış – müsbət nəticələri müşahidə oluna bilər. Buna görə də, hər müsbət nəticə daha spesifik testdə -immunoblotdayoxlanılmalıdır.

 

İmmunoblot (İB)– bu test HİV zülallarına qarşı əmələ gələn ayrı – ayrı anticisimləri təyin edir. Onun əsas fərqləndirici xüsusiyyəti – yüksək spesifikliyidir ki, bu da İFM üsulu ilə ilə alınmış hər bir müsbət nəticəni təsdiq və ya inkar etməyə imkan verir.

İmmunoblotun nəticəsi müsbət, mənfi və şübhəli (qeyri-müəyyən) ola bilər.

İmmunoblotun müsbət nəticəsi - müsbət İFM-dan sonra HİV-lə yoluxmanın təsdiqi üçün kifayət sayılır.

İmmunoblotun mənfi nəticəsi - klinik və ya epidemioloji göstərişlər olduqda polimeraz zəncirvari reaksiya (PZR) ilə təsdiqləndirilməli, PZR mümkün olmadıqda isə 1-3 aydan sonra müayinə təkrar olunmalıdır.

İmmunoblotun qeyri-müəyyən nəticəsi – xəstəliyin erkən mərhələsində, yəni HİV-ə qarşı anticisimlərin hələ tam həcmdə əmələgəlmədiyi dövrdə ola bilər. Adətən, İB-da qeyri-müəyyən nəticə alındıqdan 1-3-6 ay sonra orqanizmdə HİV-ə qarşı bütün anticisimlər əmələ gəlir və təkrar müayinə zamanı aşkar olunur. İmmunoblotun qeyri-müəyyən nəticəsi bəzən insan orqanizmində HİV-ə qarşı əmələ gələn anticisimlərə bənzər anticisimlərin olmasını da göstərə bilər. Belə nəticə vərəmli və onkoloji xəstələrdə, çox saylı hemotransfuziyalar (qan köçürülməsi) qəbul edən resipiyentlərdə, hamilə qadınlarda müşahidə edilə bilər. İmmunoblotun qeyri-müəyyən nəticəsi qeyd olunarsa xəstə müşahidə altında olmalı və analiz 1,3 və 6 aydan sonra təkrarlanmalıdır.

Polimeraz zəncirvari reaksiya (PZR).Bu üsul HİV RNT-ni və onun DNT-surətini müəyyən etmək üçün istifadə olunur.PZRbiomaterialda hətta tək-tək RNT və DNT molekullarını amplifikasiya (çoxalma) yolu ilə müəyyən etməyə imkan verən çox effektiv və həssas üsuldur.

PZR aşağıdakıməqsədlərlə istifadə olunur:

    • "Pəncərə” dövründə və immunoblotun qeyri-müəyyən nəticəsi zamanı HİV-in özünün olub-olmamasını müəyyən etmək üçün;
    • HİV-in hansı tipə- HİV-1 və ya HİV-2 mənsub olmasını müəyyən etmək üçün;
    • Virus yükünü müəyyən etmək və ona nəzarət etmək üçün;
    • HİV-ə yoluxmuş analardan doğulan yenidoğulmuşların HİV-statusunu müəyyən etmək üçün;
    • Donor qanını yoxlamaq üçün.

PZR-in aparılması mürəkkəb laborator təchizatın və yüksək ixtisaslı mütəxəssislərin olmasını tələb edir. PZR üsulu bahalı olduğuna görə HİV-ə kütləvi müayinələrdə (skrininqdə) tətbiq olunmur.

Ekspress-test.

Təcili hallarda (məsələn, həyati göstərişlər üzrə əməliyyatlar zamanı və ya doğum evlərində) istifadə oluna bilər. Ekspress-testin aparılması mürəkkəb təchizat və heyətin peşəkarlığını tələb etmir, lakin onun nəticəsi sonradan standart HİV-ə müayinə üsulu ilə təsdiq olunmalıdır.