Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi


RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN

01 dekabr 2019-cu il - Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar

PRESS-RELİZİ

"1 dekabr - Ümümdünya QİÇS-lə mübarizə günü" dünya ictimaiyyətinin bu problemə diqqətinin yönəldilməsi məqsədilə 1988-ci ildə təsis olunmuşdur.

2019-cu ilin iyun ayında ÜST-ün dərc etdiyi press-relizə əsasən, hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37,9 milyon nəfər təşkil edir. Onlardan yalnız 24,5 milyonu antiretovirus müalicə ilə əhatə olunmuşdur. İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədi ilə İİV-lə yaşayan hamilələrin 82%-i ART-yə cəlb edilmişdir. 1997-ci il ilə müqayisədə İİV-ə yeni yoluxma halları 40 % azalmış və 2018-ci ildə onların sayı 1.7 milyon nəfər olmuşdur. Şərqi Avropa və Mərkəzi Asiya regionunda yeni yoluxanların 95%-i risk qrupuna mənsub olan şəxslər və onların cinsi partnyorlarıdır. Təqribən 8,1 milyoninsan isə bu xəstəliyə yoluxduğu haqda məlumatsızdır. 2004-cü il ilə müqayisədə bu xəstəlikdən ölənlərin sayı 56% azalmış və 2018-ci ildə 770 min nəfər təşkil etmişdir. Epidemiya başladığı andan 2018-ciilin sonuna kimi isə ümumilikdə 32 milyon insan dünyasını dəyişmişdir.

İİV/QİÇS problemi Azərbaycanda da aktual problem olaraq, daima Respublika Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir.

2019-cuilin 11 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 592 nəfərdə təsdiqlənmişdir. Onlardan 563-ü (95,0%) Azərbaycan vətəndaşı, 29 nəfəri (5,0%) isə əcnəbidir. Qeydiyyata alınmış 563Azərbaycan vətəndaşından 371-i (65,9%)kişi, 192-si (34,1%) qadındır.

Ümumilikdə 2019-cu ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 69,4%-i (4701) kişi, 30,6%-i (2073) qadındır. QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olmuşdur. QİÇS mərhələsində olanlar 1765 nəfər təşkil edir. İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 1045 nəfərdir.

2019-cu ilin 11 ayının sonuna, RQMM tərəfindən qeydiyyata götürülən vətəndaşların 41,0%-də İİV-ə yoluxma, inyeksion narkotik istifadəsi nəticəsində, 47,8%-dəheteroseksual, 3,0%-də isə homoseksual kontakt nəticəsində, 1,6%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 6,6% -də yoluxma yolu müəyyən edilməkdədir.

08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5741 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 761 nəfərə müalicə 2019-cu ilin ilk 11 ayı ərzində başlanılmışdır.

2018-ciildən etibarən Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə artıq İİV-infeksiyasının müalicəsində "Test and Treat” strategiyası tətbiq olunur. Belə ki, İİV-ə yoluxması təsdiq olunmuş hər bir vətədaş qeydiyyata götürüldüyü gündən etibarən ARV dərmanlar ilə təmin olunur. Ümimilikdə isə 01.12.2019 –cu il tarixədək İİV-lə yaşayan insanların 84,8%-iARV terapiya ilə təmin olunmuşdur.

"2016-2020-ci illər üçün İİV-infeksiyası ilə mübarizə üzrə Tədbirlər Proqramı”-nın icrası üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Fəaliyyət Planının bütün istiqamətləri üzrə təşkilatı tədbirlər davam etdirilmiş və genişləndirilmişdir. Ölkə əhalisinin İİV statuslarından xəbərdar olması məqsədilə 22 -29 noyabr 2019-cu il tarixində "İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” keçirilmişdir. İİV/QİÇS, sağlam və təhlükəsiz yaşam barədə biliklərin artırılmasına yönəldilmiş maarifləndirici məlumatlar dərc edilmişdir. Prioritet olaraq, əsas diqqət həmişə olduğu kimi, risk qrupları üzərində qalmaqda davam edir. İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədi ilə ölkə ərazisində 50 stasionar və 12 Mobil könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir. Risk qrupları arasında İİV-in yayılmasının qarşısını almaq ücün, QHT-lər və əlaqəli beynəlxalq qurumlarla iş davam edilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Ünvan:Mir-Qasımov küç., 1/8

E-mail:office@aids.az

Tel: +994 12 510 08 69