Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN

2016-cı ilin yekunlarına görə Azərbaycanda

İİV/QİÇS problemi ilə əlaqədar

PRESS-RELİZİ

İİV/QİÇS problemi Azərbaycandanda da aktual problem olaraq daima Respublika Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.

ÜSTUNAİDS-in 2016-cı ilin məlumatına əsasən İİV-lə mübarizədə qalibiyyət yalnız yeni yoluxma hallarının qarşısının alınması və antiretrovirus müalicəsinə əlçatanlığın genişləndirilməsi yolu ilə mümkündür. Dünya miqyasında gələcək 5 il müddətində 90-90-90 məqsədinə çata biləcəyimiz halda 2030-cu ildə epidemiyaya qalib gələ bilərik.

2016-cıilin iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 milyonnəfər təşkil etmişdir ki, onlardan da 2,1 mln nəfəri son 1 ildə yoluxanlardır. İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlılar, 1,8 milyonu 15 yaşından kiçik olan şəxslərdir. Son 1 il ərzində QİÇS-dən ölənlərin sayı 1,1 mln nəfər olmuşdur ki, onlarında 110 mini uşaqlardır.

2016-cıil ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 556 nəfərdə təsdiqlənmişdir. Onlardan 541-i (97,3%) Azərbaycan vətəndaşı, 15 nəfəri (2,7%) isə əcnəbidir. Qeydiyyata alınmış 541 Azərbaycan vətəndaşından 480-i (64,0%) kişi, 193-ü (36,0%)qadındır.

Ümumilikdə 2016-cı ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5376 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,3%-i (3885) kişi, 27,7%-i (1491) qadındır. QİÇS mərhələsində olanlar 1312 nəfər təşkil edir. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 809 nəfər olmuşdur.

Respublika QİÇS-lə mübarizə mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 48,7%-dəİİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,4%-da heteroseksual, 1,9%-daisə homoseksual kontakt nəticəsində, 1,8%-daanadan uşağa keçməklə, 0,02%-da (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 7,3% -də yoluxma yolu müəyyən edilməmişdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda2538 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 640 nəfərə müalicə 2016-cı il ərzində başlanılmışdır. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını alamaq üçün 241 hamilə ART-yə qoşulmuşdur.

Ailə məcəlləsinə dəyişikliklərlə əlaqədar nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 2016-cı il ərzində 145 388 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 105 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənmişdir, onlardan 44 nəfəri yeni aşkar olunan şəxslərdir.

Əvvəlki illərdə olduğu kimi, 2016-cı il ərzində Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri davam etdirilmişdir. Ölkə əhalisinin İİV statuslarından xəbərdar olması məqsədilə avqust ayında ölkədə "İİV müayinəsi ilə bağlı Milli həftəlik” , 18 -25 noyabr 2016-cı il tarixində"İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” keçirilmişdir. İİV/QİÇS, sağlam və təhlükəsiz yaşam barədə biliklərin artırılmasına yönəldilmiş maarifləndirici məlumatlar dərc edilmişdir. Prioritet olaraq, əsas diqqət həmişə olduğu kimi, risk qrupları üzərində qalmaqda davam edir. İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədi ilə ölkə ərazisində 50stasionar könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir. Risk qrupları arasında İİV-in yayılmasının qarşısını almaq ücün, QHT-lər və əlaqəli beynəlxalq qurumlarla iş davam edilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Ünvan:Mir-Qasımov küç., 1/8

E-mail:office@aids.az

Tel: +994 12 510 08 69