Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN

2017-ci ilin yekunlarına görə Azərbaycanda

İİV-infeksiyası/QİÇS problemi ilə əlaqədar

PRESS-RELİZİ


İİV-infeksiyası/QİÇS pandemiyası dünyada aparılan çöxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, inkişafını davam etdirməkdədir. Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yoluxmaya yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycan vətəndaşları arasında 2017-ci il ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 15,6%-i, 1987-01.01.2018-ci illər ərzində isə aşkar olunan halların 46,0%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Respublika Səhiyyə Nazirliyinin daim nəzarət və hərtərəfli təminatı sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud təmərküzləşmiş mərhələdə saxlamaq mümkün olmuşdur.

2017-ci il ərzində İİV-ə yeni yoluxma halları 570 təşkil etmişdir. Onlardan, 559-u (98,1%) Azərbaycan vətəndaşlarında, 11-i (1,9%) isə əcnəbilərdə aşkarlanmışdır. Qeydiyyata alınmış 559 yerli sakinlərdən 354-ü (63,3%) kişi, 205-i (36,7%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 166 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmiş və İİV-infeksiyasından 79 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olmuşdur.

2017-ci il ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olmuşdur: 87nəfər (15,6%) parenteral, 324 nəfər (58,0%) heteroseksual, 37nəfər (6,6%) homoseksual kontakt nəticəsində, 10 nəfər (1,8%) şaquli yolla, 101 nəfərin (18,1%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2017-ci ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5661İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4028-si (71,4%) kişi, 1633-i (28,6%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 2007 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 877 nəfər olmuşdur.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən ölkə vətəndaşlarının 46,0%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,15%-dəheteroseksual, 2,25%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 7,8 -də yoluxma yolu müəyyən edilməmişdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 4207İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 670 nəfərə müalicə 2017-ci ilin il ərzində başlanılmışdır.

01.06.2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, 2017-ci il ərzində137142 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 119 qan nümunəsində İİV virusu aşkarlanmışdır.

Əvvəlki illərdə olduğu kimi, 2017-ciil ərzində Mərkəzin əməkdaşlarının səyi ilə İİV/QİÇS-lə bağlı maarifləndirmə işləri gücləndirilmiş, orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün İİV-infeksiyasının profilaktikasına həsr olunmuş məruzə, seminar və təlimlər genişləndirilmişdir. Bakı şəhərinin bir sıra rayon orta ümumtəhsil məktəblərində silsilə müharizə və təlimlər davam etdirilmiş, informasiya materialları yayılmışdır. Bu təlimatlandırma narkomaniya/İİV-infeksiyası ilə mübarizə təbliğatını məktəblərdə tədris səviyyəsinə qaldırmağa imkan vermişdir.

Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Ünvan:Mir-Qasımov küç., 1/8

E-mail:office@aids.az

Tel: 012 510 08 69


Warning: include(contact_form.php) [function.include]: failed to open stream: No such file or directory in /home/aidsaz/public_html/theme/site/page.tpl.php on line 33

Warning: include() [function.include]: Failed opening 'contact_form.php' for inclusion (include_path='.:/opt/alt/php52/usr/share/pear:/opt/alt/php52/usr/share/php') in /home/aidsaz/public_html/theme/site/page.tpl.php on line 33