Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN

2018-ci ilin yekunlarına görə Azərbaycanda

İİV-infeksiyası/QİÇS problemi ilə əlaqədar

PRESS-RELİZİ

İİV-infeksiyası/QİÇS pandemiyası dünyada aparılan çöxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, inkişafını davam etdirməkdədir. Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yoluxmaya yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycan vətəndaşları arasında 2018-ci il ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 16,4%-i, 1987-01.01.2019-cu illər ərzində isə aşkar olunan halların 43,6%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Respublika Səhiyyə Nazirliyinin daim nəzarət və hərtərəfli təminatı sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud təmərküzləşmiş mərhələdə saxlamaq mümkün olmuşdur.

ÜSTUNAİDS-in məlumatına əsasən epidemiyanın qarşısının alınması İİV-in erkən diaqnostikası və İİV-lə yaşayan insanların dərhal antiretrovirus müalicəsinə cəlb olunması ilə mümkündür. ÜST-ün yeni strategiyası ilə əlaqədar ölkədə diaqnostikadan dərhal sonra onların ARV müalicəyə qoşulması genişləndirilir. Hazırda bütün ölkələrin qarşısında 2030-cu ilədək epidemiyaya qalib gələmək məqsədi qoyuşmuşdur.

2018-ci il ərzində İİV-ə yeni yoluxma halları 656 təşkil etmişdir. Onlardan, 630-u (96,0%) Azərbaycan vətəndaşlarında, 26-sı (4,0%) isə əcnəbilərdə aşkarlanmışdır. Qeydiyyata alınmış 630 yerli sakinlərdən 422-si (67,0%) kişi, 208-u (33,0%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 182 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmiş və İİV-infeksiyasından 92 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olmuşdur.

2018-ci il ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olmuşdur: 103nəfər (16,4%) parenteral, 440 nəfər (69,8%) heteroseksual, 44nəfər (7,0%) homoseksual kontakt nəticəsində, 9 nəfər (1,4%) şaquli yolla, 34 nəfərin (5,4%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2018-ci ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 6193İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4372-si (70,6%) kişi, 1821-i (29,4%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1658 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 969 nəfər olmuşdur.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən ölkə vətəndaşlarının 43,6%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 45,2%-dəheteroseksual, 2,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-dəanadan uşağa keçməklə, 0,01%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 6,6% -də yoluxma yolu müəyyən edilməmişdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 4980İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 773 nəfərə müalicə 2018-ci ilin il ərzində başlanılmışdır.

01.06.2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, 2018-ci il ərzində135290 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 177 qan nümunəsində İİV virusu aşkarlanmışdır.

Əvvəlki illərdə olduğu kimi, 2018-ci il ərzində Mərkəzin əməkdaşlarının səyi ilə İİV/QİÇS-ləbağlı maarifləndirmə işləri gücləndirilmiş, orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün İİV-infeksiyasının profilaktikasına həsr olunmuş məruzə, seminar və təlimlər davam etdirilmişdir. Risk qrupları arasında İİV/QİÇS-haqda biliklərin artırılması və İİV-ə görə könüllü müayinələrə cəlb olunması fəaliyyəti genişləndirilmişdir.

Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Ünvan:Mir-Qasımov küç., 1/8

E-mail:office@aids.az

Tel: 012 510 08 69