Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzi

RESPUBLİKA QİÇS-lə MÜBARİZƏ MƏRKƏZİNİN

2019-cu ilin yekunları üzrə Azərbaycanda

İİV-infeksiyası/QİÇS problemi ilə əlaqədar

PRESS-RELİZİ

İİV-infeksiyası/QİÇS pandemiyası, dünyada aparılan çöxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, xüsusi ilə Şərgi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda inkişafını davam etdirməkdədir. Azərbaycan, İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasında dayanıqlı yer tutmaqda, davam edir. Burada epidemiya uzun illərdir ki, yoluxmaya yüksək riskli qruplara aid olan əhali təbəqəsi - inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır və bu kontingent, ümumi İİV-lə yaşayan insanlar arasında nəzərə çarpacaq sayda yer tutmasına davam edir. Belə ki, Azərbaycan vətəndaşları arasında 2019-ci il ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 13,6%-i,1987-01.01.2020-cu illər ərzində isə aşkar olunan halların 41,1%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Bu səbəbdən də Respublika Səhiyyə Nazirliyinin daim dəstəyi və hərtərəfli təminatı sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud təmərküzləşmiş mərhələdə saxlamaq mümkün olmuşdur.

2019-cu il ərzində İİV-ə yeni yoluxma halları 721 təşkil etmişdir. Onlardan, 686-sı (95,2%) Azərbaycan vətəndaşlarında, 35-i (4,8%) isə əcnəbilərdə aşkarlanmışdır. Qeydiyyata alınmış 686 yerli sakinlərdən 447-si (65,2%) kişi, 239-u (34,8%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 190 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmiş və İİV-infeksiyasından 73 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olmuşdur.

2019-cu il ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olmuşdur: 93nəfər (13,6%) parenteral, 511 nəfər (74,5%) heteroseksual, 47nəfər (6,9%) homoseksual kontakt nəticəsində, 3 nəfər (0,4%) şaquli yolla, 32 nəfərin (4,6%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2019-cu ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 6804İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4760-si (70,0%) kişi, 2044-i (30,0%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1787 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1042 nəfər olmuşdur.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən ölkə vətəndaşlarının 41,1%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,9%-dəheteroseksual, 3,1%-də isə homoseksual kontakt nəticəsində, 1,7%-dəanadan uşağa keçməklə, 0,01%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 6,2% -də yoluxma yolu müəyyən edilməmişdir.

Bu qəbildən tədbirlərə aid olan, 01.06.2015-ci il tarixdən tətbiq edilən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin mütləq tibbi müayinəsi cərçivəsində, 2019-cu il ərzində 139478 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş, 150 qan nümunəsində ilkin olaraq İİV aşkarlanmış və onlardan 50 nəfərdə yeni yoluxma halı təsdiqlənmişdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5846İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 689 nəfərə müalicə 2019-cu ilin il ərzində başlanılmışdır.

Əvvəlki illərdə olduğu kimi, 2019-cuil ərzində Mərkəzin əməkdaşlarının səyi ilə İİV/QİÇS-lə bağlı maarifləndirmə işləri gücləndirilmiş, orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün İİV-infeksiyasının profilaktikasına həsr olunmuş məruzə, seminar və təlimlər genişləndirilmişdir. Bakı şəhərinin bir sıra rayon orta ümumtəhsil məktəblərində silsilə müharizə və təlimlər davam etdirilmiş, informasiya materialları yayılmışdır. Bu təlimatlandırma narkomaniya/İİV-infeksiyası ilə mübarizə təbliğatını məktəblərdə tədris səviyyəsinə qaldırmağa imkan vermişdir.

Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Ünvan:Mir-Qasımov küç., 1/8

E-mail:office@aids.az Tel: 012 510 08 69