preloader
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Bakı Dövlət Universitetində maarifləndirmə aksiyası keçirib

Respublika QİÇS-lə Mübarizə Mərkəzi Bakı Dövlət Universitetində maarifləndirmə aksiyası keçirib

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib və müayinələr aparılıb. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə təşkil olunan aksiyada fakültənin müəllim və tələbələri iştirak ediblər.
Tədbirdə tələbələrinə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV)  Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında geniş məlumat verilib. Təcrübəli həkim Emiliya Şahbazova xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi ilə bağlı təqdimatla çıxış edib. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla ölüm hallarının qarşısının alınmasının mümkünlüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mütəxəssisə ünvanlanan fərdi suallar cavablandırılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanaraq, xəbərdaredici məlumatlar verilib.
Həmçinin RQMM-in əməkdaşlarının təşkil etdiyi səyyar tibbi müayinə məntəqəsində tələbələr İİV-ə ekspres-testdən keçiblər.