preloader
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycan Boks Federasiyası ilə birgə videoçarx hazırlayıb

Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycan Boks Federasiyası ilə birgə videoçarx hazırlayıb

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu dəfə Azərbaycan Boks Federasiyası ilə bir araya gəlib. Mərkəzlə Federasiya “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar birgə videoçarx hazırlayıb.

Hər ilin dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Məqsəd sağlam həyat tərzini təbliğ etmək cəmiyyətin diqqətini bu xəstəliyə yönləndirmək, bu virusla yaşayan insanlara qarşı diskriminasiyanı aradan qaldırmaq, geniş ictimaiyyətə QİÇS-lə bağlı düzgün informasiya çatdırmaqdır.