preloader
Gəncədə orta məktəbdə maarifləndirici aksiya təşkil olunub

Gəncədə orta məktəbdə maarifləndirici aksiya təşkil olunub

Gəncədə orta məktəbdə maarifləndirici aksiya təşkil olunub

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə Gəncə şəhərindəki 39 nömrəli tam orta məktəbdə “Özünü QİÇS-dən qoru” adlı maarifləndirici aksiya təşkil olunub. Tədbirdə məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Aksiyada məktəblilərə sağlam həyat tərzi təbliğ edilib, zərərli vərdişlərdən uzaq olmaları tövsiyyə olunub.
Tədbirdə şagirdlərə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumat verilib. Mərkəzin mütəxəssisi Dilşad Mahmudovanın xəstəlik və virusun diaqnostikası, müalicəsi və profilaktikası ilə bağlı təqdimatları xüsusi maraqla qarşılanıb.
Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara İİV-lə bağlı zəruri məlumatların əks olunduğu bukletlər, broşurlar, vərəqlər, üzərində QİÇS-in simvolunun əks olunduğu döş nişanları paylanıb.