05 Oktyabr 2024 | 10:57
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Lənkəran Tibb Kollecinin tələbələri təlimə cəlb olunub

Lənkəran Tibb Kollecinin tələbələri təlimə cəlb olunub

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Lənkəran Tibb Kollecinin tələbələri təlimə cəlb olunub
Lənkəran Tibb Kollecinin tələbələri təlimə cəlb olunub

Dekabrın 5-də BMT-nin Əhali Fondunun dəstəyi ilə həyata keçirilən “Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsinin icrası çərçivəsində Lənkəran Tibb Kollecində tibb bacısı/qardaşı istiqaməti üzrə təhsil alan tələbələr üçün təlim sessiyası keçirilib.

Sessiya zamanı iştirakçılara pilot layihə haqqında məlumat verilib, ana ölümlərinin azaldılması istiqamətində tətbiq olunan qabaqcıl strategiyalardan bəhs edilib.

Tədbir İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə yoluxmanın erkən diaqnostikasının ana ölümlərinin qarşısının alınmasındakı rolu və profilaktika tədbirləri, eləcə də İİV/QİÇS xəstəliyinin yaratdığı stiqma və ayrıseçkilik və onunla mübarizə mövzularında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşlarının təqdimatları ilə davam etdirilib.

Qeyd edək ki, “Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” layihəsinin tərəfdaşları qismində BMT-nin Əhali Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi və İctimai Səhiyyə və İslahatlar Mərkəzi çıxış edirlər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun