Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri Şəki Tibb Kollecində İİV-lə bağlı maarifləndirici tədbir keçirib. Tədbirdə şagirdlərə İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi fəsadlar, Azərbaycanda bu virusa yoluxma səviyyəsi, xəstəliyin yoluxma yolları barədə məlumat verilib.
Sonda həkimlərə ünvanlanan fərdi suallar cavablandırılıb, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.