Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir Regional Laboratoriyasının mütəxəssisləri Ağdaş Peşə Məktəbində İİV-lə bağlı maarifləndirmə aksiyası təşkil ediblər.
Həkimlər İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ətraflı məlumat verib, bu virusa yoluxanların bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıblar. Xəstəliyin yoluxma yolları, ödənişsiz, anonim qaydada müayinəsi və müalicəsi barədə açıqlama veriblər.
Sonda şagirdlərə İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.