05 Oktyabr 2024 | 09:57
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Ağdaş rayonundakı orta məktəblərdə maarifləndirici aksiyalar təşkil edilib

Ağdaş rayonundakı orta məktəblərdə maarifləndirici aksiyalar təşkil edilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Ağdaş rayonundakı orta məktəblərdə maarifləndirici aksiyalar təşkil edilib
Ağdaş rayonundakı orta məktəblərdə maarifləndirici aksiyalar təşkil edilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin dəstəyi ilə Ağdaş rayonundakı 1, 2, 3, 7, 8 nömrəli tam orta məktəblərin və İnternat tipli THT fənləri təmayüllü Gimnaziyanın şagird və müəllim heyəti üçün “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirici aksiyalar təşkil edilib. “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” ərəfəsində keçirilən tədbirlərdə məktəblərin X-XI sinif şagirdləri və müəllimləri iştirak ediblər.

Tədbirlərdə çıxış edən RQMM-in epidemioloqu Dilşad Mahmudova öncə İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı ümumi məlumat verib. Həkim gənclər arasında  xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını xatırladıb, bu virusa yoluxmuş insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıb.

Mütəxəssis iştirakçılara ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyanın, fəsadlarından geniş məlumat verib.

Şagirdlərə, həmçinin İİV infeksiyasının diaqnostikası, müalicəsi və profilaktikası haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun