07 Oktyabr 2024 | 08:49
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Ambulator yardım və dispanser müşahidə şöbəsi

Ambulator yardım və dispanser müşahidə şöbəsi

  • Əsas səhifə
  • -
  • Mərkəz
  • -
  • Ambulator yardım və dispanser müşahidə şöbəsi

Hazırda respublika üzrə aşkar edilmiş bütün xəstələr epidemioloji nəzarət qaydasında araşdırmadan sonra ambulator yardım və dispanser müşahidə şöbəsinə təklif olunur. Müayinədən keçirilərək tibbi diaqnozu və müalicəsi təyin edilir və İİV infeksiyasının mərhələsindən asılı olmayaraq, xəstəyə antiretrovirus terapiyası başlanılır.

Məlum olduğu kimi, İİV infeksiyası insanın immun sisteminə dağıdıcı təsir göstərdiyindən, müalicə aparılmadıqda xəstə adi vaxt rast gəlmədiyi xəstəliklərə tutulur və onların ağır fəsadları ilə üzləşir. İİV-li xəstələrə ixtisaslı tibbi məsləhətləşmə və yardımın göstərilməsi məqsədilə, şöbənin ştat cədvəlinə terapevt, ftiziatr, pediatr, stomatoloq, EKQ və şua-diaqnostika (USM) mütəxəssisləri daxil edilmişlər. Ambulator yardım göstərilərkən və ya dispanser müşahidə çərçivəsində monitorinq müayinəsi aparılarkən, xəstələr həmin ixtisaslı mütəxəssislərin müayinələrindən keçirilir və göstəriş olduqda, müvafiq profilli tibb müəssisələrinə göndərilir.

İİV-li xəstələrin psixofizioloji gərginliyinin aradan qaldırılması məqsədilə Mərkəzdə psixoloq kabineti fəaliyyət göstərir. Faktiki olaraq, onun köməyi və tövsiyələri əsasında xəstəyə yanaşma, müalicəyə aludəliyiyin təyini, onun bəslənmə və dəstəklənməsi, zərərli adətlərdən çəkinməyə istiqamətləndirmədə psixoloq yardımı əvəzsiz vasitə rolunu oynayır. İİV-li xəstələr üçün təşkil edilən ambulator yardım və dispanser müşahidə sistemi onların hərtərəfli və mütəmadi tibbi nəzarətdə saxlanılmasına təminat verir.

Azərbaycan aşkar olunmuş hər bir xəstəni İİV infeksiyasının gedişat mərhələsindən asılı olmayaraq, etiotrop müalicə ilə təmin edən ilk ölkələrdən biriyik. Bu isə İİV-in anadan uşağa ötürülmə yolunun tam kəsilərək, aradan qaldırılması deməkdir.

İİV-ə yoluxmuş xəstələrin müalicəsinə gəldikdə qeyd olunmalıdır ki, ölkəmiz, ÜST-ün 2020-ci ilin sonuna təyin etdiyi “90-90-90” hədəfinin dəf edilmə nailiyyətinə ən yaxın mövqelərdən birini tutur.

İİV-in yayılmasının təmərküzləşmiş mərhələdə dayandırılması, aşkarlanan xəstələrin dərhal müalicəyə cəlb olunması və bu müalicənin regional ART mərkəzləri vasitəsilə onlara yaxınlaşdırılması imkanlarımızın mövcudluğu İİV-lə mübarizə sahəsində ölkəmizi öncül mövqelərə ucaldır. Lakin, hesab edirik ki, İİV infeksiyasına tam qalibiyyət üçün əsas şərt – hər bir kəsin İİV-in profilaktikası sahəsində zəruri bilik səviyyəsinə malik olması, onun İİV infeksiyası qarşısında qorxu hissi deyil, onunla mübarizə haqqında biliyə yiyələnməsidir. Yalnız bu yanaşma tərzi bu infeksiyanı aramızdan tam silə bilər.

ARV preparatları hər bir xəstə üçün əlçatandır, ödənişsizdir. Təminatı tam həcmdə dövlət vəsaiti hesabına həyata keçirilir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun