05 Oktyabr 2024 | 11:07
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Baş nazir Əli Əsədov BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının icraçı direktoru ilə görüşüb

Baş nazir Əli Əsədov BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının icraçı direktoru ilə görüşüb

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Baş nazir Əli Əsədov BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının icraçı direktoru ilə görüşüb
Baş nazir Əli Əsədov BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima ilə görüşüb.

Görüşdə V.Byanyimanın XI Qlobal Bakı Forumunda iştirakının önəmi qeyd olunub.

Azərbaycanın BMT-nin müxtəlif təsisatları, ö cümlədən UNAIDS ilə yaxından əməkdaşlıq etdiyi və onların fəaliyyətini dəstəklədiyi vurğulanıb.

İİV/QİÇS ilə mübarizənin Azərbaycanın milli səhiyyə strategiyasının əsas istiqamətlərindən biri olduğu bildirilib.

Diqqətə çatdırılıb ki, 2006-cı ildən başlayaraq Nazirlər Kabineti tərəfindən hər 5 illik dövr üçün İİV/QİÇS ilə mübarizə üzrə Tədbirlər Proqramı qəbul edilir. Proqramların hazırlanması Ümumdünya Səhiyyə Təşkilatı, UNAIDS və Qlobal Fondun tövsiyələri əsasında və onların dəstəyi ilə həyata keçirilir.

Görülən tədbirlər nəticəsində Azərbaycanın yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında yer aldığı qeyd edilib.

Həmçinin Azərbaycan Respublikası ilə UNAIDS arasında əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçirilib.

Görüşdə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev iştirak edib. https://nk.gov.az/

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun