05 Oktyabr 2024 | 09:58
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Azərbaycanın Səhiyyə Nazirliyində Qlobal Fondun Missiyası ilə görüş keçirilib

Azərbaycanın Səhiyyə Nazirliyində Qlobal Fondun Missiyası ilə görüş keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Azərbaycanın Səhiyyə Nazirliyində Qlobal Fondun Missiyası ilə görüş keçirilib
Azərbaycanın Səhiyyə Nazirliyində Qlobal Fondun Missiyası ilə görüş keçirilib

Azərbaycanın Səhiyyə Nazirliyində Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Olqa Avdeyevanın başçılıq etdiyi Missiya ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fondla əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini qeyd edib: “2005-ci ildən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak edir. Hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfə verir. Son zamanlar Səhiyyə Nazirliyinin Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşləri əməkdaşlığımızın inkişafına böyük dəstəkdir”.

Sonda Teymur Musayev Azərbaycan Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında səmərəli əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Öz növbəsində Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın QİÇS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirərək, göstəricilərin region üzrə uğurlu olduğunu bildirib. Olqa Avdeyeva, həmçinin, son zamanlar Qlobal Fondun Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə bir sıra mühüm layihələrin uğurla icra olunduğunu vurğulayıb.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları da müzakirə olunub.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun