07 Oktyabr 2024 | 08:44
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Bakı Dövlət Universitetində İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib

Bakı Dövlət Universitetində İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Bakı Dövlət Universitetində İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib
Bakı Dövlət Universitetində İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib

Azərbaycanın ilk ali təhsil ocağı olan, zəngin tarixi keçmişə malik Bakı Dövlət UniversitetindəSağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib və müayinələr aparılıb.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə təşkil olunan aksiyada universitetin müəllim və tələbələri iştirak ediblər.
Tədbirdə ali təhsil ocağının müəllim və tələbələrinə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında geniş məlumat verilib. Təcrübəli həkimlər xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi ilə bağlı təqdimatla çıxış ediblər. Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla ölüm hallarının qarşısının alınmasının mümkünlüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanaraq, xəbərdaredici məlumatlar verilib.
Həmçinin, RQMM-in əməkdaşlarının təşkil etdiyi səyyar tibbi müayinə məntəqəsində universitetin müəllim və tələbələri üçün İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun